İnsan sağ olan zaman ruhu bədənindən çıxırmı?


İnsan varlığının həqiqəti – onun ruhundadır. Əgər ruh olmazsa, insan bədəni hərəkətsiz və ölü kimi olar. Necə ki, insan ölən zaman ruhu bədənindən çıxar, yuxu zamanı da ruhu bədənindən çıxar. Bu fərqlə ki, ölən zaman insan ruhunun bədən ilə olan əlaqəsi tamamilə kəsilər, ancaq yatan zaman ruh bədəndən ayrılsa da, yenidən bədənə qayıdar.

İnsan yatan zaman dərk və şüur qüvvəsi işdən qalar və qalan bədən orqanları öz fəaliyyətlərini zəiflədərlər. Ancaq bədənin yaşaması üçün zəruri olan orqanlar həmişə fəaliyyətdə olar, ürək kimi, qan dövranı kimi, nəfəs almaq kimi...

İnsan yatan zaman ruhu bədənindən çıxdığı üçün, xarici dünya ilə əlaqəsi olmaz. Əksinə, axirət dünyasına gedər və orada baş verənlərdən xəbər tutar. Əlbəttə ki, bu mövzu sadiq yuxulara şamil edilir. Ancaq yatan zaman insan ruhunun bədənindən necə ayrılması bizim üçün hələ də həll olunmamış bir məsələ kimi qalmışdır. (Həvzəh)

“Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır”. (“Rum” 23).

“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir.

Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”. (“Zumər” 42)./deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter