Şükür edənin və nankorun dəqiq əlamətləri nələrdir?!
Həmran ibni Əyin nəql edir: “İmam Sadiqə (ə) bu ayənin mənası ilə bağlı sual verdim: “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).
Həzrət (ə) buyurdu: “Ya (öz ixtiyarı ilə əməl edərsə) o, şükür edən və şakirdir və ya tərk edərsə (öz ixtiyarı ilə əməl etməzsə, nankor və) kafirdir””.
Eyni sualı İmam Sadiqə (ə) Zərarə də verir və İmam (ə) ona belə cavab verir: “(Allah) yolu ona nişan vermişdir və əgər o, həmin yolu gedərsə - bu halda şakir olar. Ya o yolu tərk edərsə, bu halda kafir olar”. (Həvzəh)
Digər tərəfdən, mübarək dinimiz insanlara təşəkkür etməməyi də naşükürlük kimi səciyyələndirir. Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günahın cəzası tezləşər və Qiyamətə qədər çəkilməz.
1. Ata və ana üçün narahatlıq yaratmaq.
2. İnsanlara zülm etmək.
3. Başqalarının yaxşı əməli qarşılığında naşükürlük etmək”. /Deyerler.