İlahi peyğəmbərlər (ə) niyə imtahan olunublar?!
Baxmayaraq ki, peyğəmbərlər (ə) kamil insanlardırlar, ancaq onlar də başqa insanlar kimi İlahi imtahanlar sayəsində bir çox kamalları əldə edirlər. Hər bir insanın özünəməxsus kamalı vardır. İnsanlarda kamal tutumu fərqlidir. O kəslər ki, daha çox mənəvi tutuma malikdirlər, onlar üçün həyatda daha üstün hədəflər təyin olunar. Həyatın hədəfi təkamül olduğu üçün bütün canlılar bu yolu getməyə məcburdurlar. Bu qanuna əsasən, bütün insanlar imtahan olunurlar. Bu yolla gizli istedadları üzə çıxır və yeni kamal əldə etmiş olurlar. Hər bir insan öz şəxsiyyətinə görə imtahan olunar.
Təkamüldən əlavə, peyğəmbərlərin (ə) imtahana çəkilməsinin başqa bir hikməti vardır. İlahi peyğəmbərlər (ə) hər bir zamanda müxtəlif hadisələr və cərəyanlar ilə mübarizə aparmaq üçün kifayət qədər hazırlığa malik olmalıdırlar. Müxtəlif imtahanlar, enişlər və yoxuşlar, həyat çətinlikləri – bunlar insanlarda ruhi müqavimət icad edər və bu İlahi insanların təbliğ yolundakı dözümünü gücləndirər.
Bu imtahanlar sayəsində İlahi peyğəmbərlərin (ə) başqa insanlardan üstün olması üzə çıxar. İnsanlara hüccət tamam olar ki, hər bir çətin imtahan insan üçün mümkünlü və dözümlüdür.
Qurani-Kərimdə buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o(İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara İmam və rəhbər təyin etdim».(İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124).
“Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar.
Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir”. (“Bəqərə” 253)./Deyerler.