Allah Təalanın peyğəmbərlərə (ə) və möminlərə yardımı nə formalarda olur?
Allah möminlərə və rəsullarına yardım edəcəyi vədini vermişdir. Allahın verdiyi bu vədə xüsusi zaman və məkana aid deyildir, əslində tarix boyu həyata keçmişdir. “Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında(müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl)şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik”. (“Ğafir” 51).
Allahın peyğəmbər (ə) və möminlərinə yardımı müxtəlif cür cilvə almışdır. Bəzən ülfət və qəlb meyli ilə, bəzən dualarının yerinə yetməsi ilə, bəzən möcüzə ilə, bəzən hökumət əta etməklə, bəzən müharibədə qələbə çalmaqla, bəzən qəlb hüzuru ilə, bəzən düşmənin həlak olması ilə, bəzən qeyb yardımı ilə, bəzən düşmən qəlbində qorxu yaradaraq, bəzən fikir və mədəniyyəti yaymaqla, bəzən xatalardan nicat tapmaqla, bəzən də hiylələri aradan qaldırmaqla...
Biz gərək qələbə çalmaq sözünü doğru tanıyaq. Qələbə, ancaq düşməni məğlub etmək deyildir, qələbə bir mücahid şəhidin nəsillər üçün uzun zaman örnək olmasıdır. Bu yolla bütün dünya azadiləri qarşısında başı uca olar və Allahın razılığını özünə cəlb edər.
O zaman ki, İbrahimi (ə) atəşə atdılar, öz əqidəsindən əl çəkdimi? Əksinə, öz əqidəsində qaldı və Allah ona nicat verdi. Düşmən məğlub oldu və geri çəkildi.
İmam Hüseyn (ə) döyüş meydanında şəhid oldu və bütün insanlıq üçün örnək və nümunə oldu. Ancaq bu, o demək deyildir ki, o Həzrət (ə) məğlub olmuşdur, xeyr. Əksinə, bu yolla qəflətdə olan bir çoxlarını ayıltmış və hidayət etmişdir.
Allah Təala hər bir halda verdiyi vədəsinə vəfadar qalmışdır. Peyğəmbərlər (ə) və möminlərinin hədəfinin diri qalmasını təmin etmişdir, baxmayaraq ki, onları şəhid etsələr belə. Onlar gələcək nəsilləri öz hədəfləri ardınca gətirə bilmiş və çox sayda nəsilləri cahillikdən xilas etmişdilər. Bu, böyük yardım və köməkdir./Deyerler.