Dostu seçməkdə Qurani-Kərim hansı iki meyarı ölçü olaraq tanıtdırır?!


Rəvayətlərdə uyğun dostlar üçün çox sayda meyarlar göstərilmişdir ki, onların hamısının müştərək cəhəti iman və təqvadır!
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

\"Səhər və axşam çağı Rəbbini diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini (zənginlərə diqqətdən) çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!\" (Kəhf, 28).

İzah: İslamda dostluğun önəmi kimsəyə sirr deyil. Dost seçimində ən mühüm addım uyğun dost seçməkdir. Çünki dostların ruhiyyəsi və inancları bir-birinə heyrətamiz şəkildə təsir edir. Belə ki, rəvayətlərdə hər bir fərdi tanımaq üçün onun oturub-durduğu insanlara diqqət etmək tövsiyə olunmuşdur. Rəvayətlərdə uyğun dostlar üçün çox sayda meyarlar göstərilmişdir ki, onların hamısının müştərək cəhəti iman və təqvadır. Allah möminləri bir-biri ilə dostluq və yoldaşlıq etməyə dəvət etmişdir ki, həm bir-birlərini təqva və səbirə rəğbətləndirməyə zəmin yaransın, həm də insani duyğular, insanın həmdəmə və dosta ehtiyacı təmin olunsun. Yuxarıdakı ayə qafil insanlarla dostluq etməyi də qadağan etmişdir.

Hədis: İslam peyğəmbəri (s): “İnsanların ən xoşbəxti hörmətli insanlarla yoldaşlıq edəndir.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 394, hədis: 5840)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter