Əhlİ-sünnə məzhəbİ İmamların İsmətİ haqda nə düşünür?


Əhli-sünnə məzhəbi İmamların ismətini qəbul edirmi? Onların bu haqda fikri nədir?
Sünni məzhəbinə mənsub alimlərin əksəriyyəti İmamların və hətta öz qəbul etdikləri xəlifələrin ismətinə etiqad etməmiş, onları məsum sanmamışlar. Bu məzhəb ardıcıllarının çox az qrupu Əhli-beytin şəxsiyyəti barədə əqli və nəqli əsaslara söykənərək onları məsum bilmişlər. Bu məsələnin də Peyğəmbərin (s) xatəmiyyəti ilə ziddiyyət təşkil etmədiyi qənaətində olmuşlar. Nümunə olaraq bu əqidədə olan alimlərin bəzilərinə işarə edirik:
A) İbn Əbil-Hədid Mötəzili İmam Əlinin (ə) məsumluğuna etiqad bəsləmişdir. Hətta o bildirir ki, Əbi Muhəmməd Mutəviyyə müəllifi olduğu “Əl-kifayə” kitabında bu əqidədə olduğunu yazır.
B) İslam dünyasının məşhur ariflərindən biri olan İbn Ərəbi Peyğəmbərlə (s) birgə Əhli-beytin də ismətinə inanmışdır. O deyirdi:
«قد طهّره صلى‏الله‏عليه‏و‏آله و اهل‏بيته تطهيرا و اذهب عنهم الرجس و هو كل ما يشينهم»؛

“Həqiqətən Allah Peyğəmbər (s) və Əhli-beytini kamilən pak və münəzzəh qərar verərək onlara ləkə gətirəcək bütün çirkinliklərdən onları uzaq saxlamışdır”.
Maraqlıdır o, Əhli-beyti təkcə pak bilmir, hətta eynən pakın özü hesab edir:
«فهم المطهّرون بل هم عين الطّهارة».
İbn Ərəbi əlavə olaraq Peyğəmbərin (s) hədisinə görə «سلمان منّا اهل‏البيت» sadiq səhabə Salman Farsini də məsumların sırasına artırmışdır. (Tarixi Təbəri, c.2, səh.568)
C) Ustad Tofiq Əbu Elm (Misirli alim və yazıçı), sünni və şiə hədis mənbələrində müxtəlif ravilər tərəfindən zikr olan “Səqəleyn” hədisini əsas tutaraq Peyğəmbərin (s) Əhli-beytini məsum sanıb onlara itaətin nicata, onlardan üz çevirmənin isə zəlalətə səbəb olacağını deyir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter