Salamlaşarkən əl uzatmağın savabı haqda hədislər!


İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur
Həzrət Muhəmməd (s) buyurmuşdur: “Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.”[1]

“Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.” [2]

“Bir-birinizə əl verin ki, bu kini aparar.”[3]

İmam Baqir (ə) buyurub: “İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.”[4]

İmam Sadiq (ə) buyurub: “Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər”[5]

“Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.”[6] -ahliman.info





[1] əl-Kafi, c.2, səh. 181 , hədis11

[2] Biharul-Ənvar, c.77, səh. 158 , hədis149

[3] Biharul-Ənvar, c.77, səh. 165 , hədis2

[4] əl-Kafi, c.2, səh. 181 , hədis13

[5] əl-Kafi, c.2, səh. 181 , hədis12

[6] əl-Kafi, c.2, səh. 182 , hədis15


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter