Hiyləgərlik və başqasına quyu qazamağın əsl səbəbi insanda hansı nöqsanın olmasına görədir?!


Pis məkr – yəni xoşagəlməz məqsədlər üçün həyata keçən məkr – ən çirkin əxlaqi qəbahətlərdən və rəzilliklərdəndir. Bu növ məkr həqarət nişanəsidir və onun səbəbi acizlikdir.

... وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ...

\"Yaramaz hiylələr isə ancaq öz sahibinin başında çatlayar.\" (Fatir, 43).

İzah: Məkr başqa bir fərdə daha tez və gizli zərbə vurulmasına səbəb olan zirəklik və fərasətdir. Məkr öz-özlüyündə pis hal deyil və Allaha da isnad edilmişdir. Amma pis məkr – yəni xoşagəlməz məqsədlər üçün həyata keçən məkr – ən çirkin əxlaqi qəbahətlərdən və rəzilliklərdəndir. Bu növ məkr həqarət nişanəsidir və onun səbəbi acizlikdir. Quran münafiqləri dində məkr və hiylə işlətdiklərinə görə qınamaqla yanaşı təkid edir ki, məkr və hiylə sonda insanın özünə qayıdır. Bu ilahi ənənə tarix boyu xalq tərəfindən o qədər müşahidə olunmuşdur ki, onun haqqında bir çox zərbi-məsəllər də formalaşmışdır.

Hədis: İmam Əli (ə): “Kim xalqa hiylə işlətsə, Allah onun hiyləsini öz başında çatladar.” (Qürərul-hikəm, c. 5, səh. 377, hədis: 8832)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter