Alverdə hansı işləri görmək olar, və nələr qadağandır?!


“Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır”. (“Nisa” 29).
Bu ayə qazancın riya, qumar, oğurluq və qəsb etmək yolu ilə əldə edilməyini haram buyurur. Ticarət ancaq hər iki tərəfin razılığı olan zaman halaldır. Bu ayə buyurur ki, ey möminlər! Bir-birinizin malını haqsız yerə yeməyin. Qarşılıqlı razılıq üzərində ticarət edin. (Tebyan)

İmam Əli (ə) buyurur: “Ticari işlərlə məşğul olun ki, o sizi başqalarının malından ehtiyacsız edər. Allah düzgün sənətkarı sevir”.

İmam Sadiq (ə) buyurur: “Ticarət etmək ağılı artırar”.
İmam Sadiq (ə) buyurur: “Ticarəti buraxmaq ağılı azaldar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ticarət edir, gərək beş şeydən uzaq olsun. Əks halda gərək alış-veriş etməsin. Sələm, and, malın eybini gizlətmək, satış zamanı tərifləmək, malı alan zaman onun haqqında pis söz demək”.

İmam Sadiq (ə) buyurur: “Hər kim ticarət etmək istəyir, gərək dininin əhkamını öyrənsin ki, bu yolla halalı haramdan ayırsın. Hər kim öz dininin əhkamını öyrənməz və ticarət edər, şübhə tələsinə süqut edər”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman müsəlman ticarətdən peşman olar, ticarətin ləğv olmasını istəyər, ticarətin o biri tərəfində olan müsəlman bu ticarətin ləğv olmasını qəbul edər, Allah Qiyamət günü onun büdrəmələrindən keçər”.

Başqa bir ayədə oxuyuruq: “Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir”. (“İsra” 35).

Həzrət Peyğəmbər (s) buyurur: “Düzgün tacir – düz danışan və müsəlman Qiyamət günü şəhidlərlədir”.

İmam Əli (ə) buyurur: “Ey Dəlal camaat! Az and için. Baxmayaraq ki, bu iş malınızın satılmasına səbəb olur, ancaq (həqiqi) qazancı aradan aparar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bərəkət ticarətdədir”.

İmam Sadiq (ə) buyurur: “Xoş əxlaq ruzini artırar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Borc almaqdan çəkinin ki, o gecə qüssəsi və gündüz xarlığıdır”.

“Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin. Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. (“Bəqərə” 278-279).

Həzrət Peyğəmbər (s) buyurur: “Kələkbazlar və insan öldürənlər cəhənnəmdə eyni dərəcədədirlər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter