İmamların İsmətİ xatəmİyyət məsələsİ İlə zİddİyyət təşkİl etmİrmİ?


Bəzən deyirlər ki, İmamların isməti xatəmiyyət məsələsi ilə ziddiyyət təşkil edir. Bu haqda sizin fikriniz necədir?
Bu fikirlər “peyğəmbərliyin xatəmiyyət” məsələsini fərqli formada açıqlayanlardan qaynaqlanmışdır. Onların fikrinə görə xatəmiyyət “insanları öz ağıllarına tapşırmaq” və “öz başlarına buraxmaq” mənası ilə eynilik təşkil edir. Necə ki, deyirlər: “... Peyğəmbərliyin xətm olunması ilə insan ağılı sonsuz azadlıq əldə edir... və ağıl beşiyinin hər iki tərəfdən kəndiri açılır ağılda yetkinləşən körpə azad buraxılır ki, öz-özünə qalxsın, otursun, getsin, atılsın və qaçsın”.
Onlar başqa yerdə belə deyirlər: “Peyğəmbərliyin xətmindən sonra insanlar hər şeydə, xüsusi ilə də dini qavramaqda özbaşlarına buraxılmışlar. Artıq heç bir səmavi kömək onlara yardımçı olaraq yol getməyi öyrətmir və heç bir səmavi səs dini anlayışlarında səhvə düçar olmasınlar deyə düzgün təfsiri onların qulaqlarına oxumur….”

Şübhənin cavabı
Əvvəla İmamın ismət məsələsi bir çox Quran ayəsi, hədislərə və eyni zamanda əqli dəlillərə söykənmişdir. Bu cür şübhələr sadaladığımız etibarlı dəlillərlə qarşı-qarşıya dayana bilməz. Ondan əlavə bir çox dəlillər bunu isbat edir ki, elə peyğəmbərliyin xatəmiyyət tapmasının özü İmamların ismətini zəruri edir. Məhz peyğəmbərdən sonra dinin düzgün anlamını çatdırmaq, onu hər cür təhrif və yanlışlıqlardan qorumaq, insanlara olduğu kimi izah etmək peyğəmbərə yaxın bir məqam - məsumluq tələb edir. Buna görə də əgər biz peyğəmbərliyin və dininin xətm tapmasına inanırıqsa, gərək onu kamil edən – insanlara olduğu kimi yetirən məsum biri olsun. Yoxsa xatəmiyyət məsələsi müşküllə qarşılaşardı. Bizim əqidəmizə görə bu müşkülü aradan qaldıran məsum İmamlardır.
Böyük alim Ustad Mürtəza Mütəhhəri bu haqda yazır: “Şiə məzhəbi elə nemətlərdən faydalanır ki, digər islami məzhəblər ondan məhrumdurlar. Onlardan biri də ismətin zaman çərçivəsinin genişliyidir. Sünni məzhəblərinə görə ismət 23 illə məhdudlaşır, ancaq şiələrə görə isə onun ömrü 273 il ərzindədir”. Yəni əhli-sünnətə görə ismətin dövranı təkcə Peyğəmbərin peyğəmbərlik zamanına aiddir. Ancaq şiə məzhəbi isə ona 250 il, yəni İmam Həsən Əskərinin (ə) vəfatına və 12-ci İmamın qeybinə qədər bilirlər.
“Bu müddətdə müxtəlif dəyişikliklər baş verdi. Həmin dövrlərdə məsum İmamların varlığı bir çox zəmanənin tələbinə görə yaranan müşkülləri həll etdi. İctimaiyyətin Peyğəmbərin (s) həyat salnaməsinə müraciət edərək cavab verə bilmədiklərini asanlıqla həll etdi. Quran mərifətlərini daha gözəl və daha dərinmənalı tərzdə bəyan etdi. Mərifətlər xəzinəsi heç bir (qəsid və səhv ucbatından da olsa belə) yanlışlığa düçar olmadan ictimaiyyətin üzünə açıldı”.
Bunun qarşılığında digər İslam məzhəbləri kifayət qədər İmamların mübarək vücudlarından faydalanmaqla yanaşı, bəlkə Əhli-beytdən uzaq düşməklə və bundan başqa Peyğəmbər (s) hədisini qadağan edildiyi təqdirdə onlar Peyğəmbərin belə dəyərli mərifətlərindən məhrum qaldılar. Belə boşluq nəticəsində də İslama böyük zərbələr endirildi. Bunun acı təsirləri hələ də qalmaqdadır. Və onu bu tezliklə aradan qaldırmaq imkansızdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter