“Allahın rəhməti olsun bizim sözlərimizi diri tutanlara” – İmam Sadiq (ə)
Peyğəmbərlik Allahın bəşər üçün təyin etdiyi bir yol, bir idoloji xəttir. Bu xətt hər bir nöqsan və xətadan uzaqdır. Çünki insanları mənəvi məqamlara çatdırmaq üçün bu yolun bələdçiləri uca məqam və mənəviyyat sahibi olmalıdır. Həmçinin insanların bütün dünya və axirət ehtiyaclarını, bu ehtiyaclar qarşısında olan suallarını təmin etməlidir. Bu səbəbdən Allahın bəşər üçün seçdiyi elçilər elm və hikmət əhli olmalı, mənəviyatın ən uca zirvəsinə sahib olmalıdırlar.
İslaminSesi – Quran ilahi elçilik və bu elçilərin vəzifəsi barədə buyurur: “Savadsızlara (bilməyənlərə) özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti (elm və dərin bilgilər) öyrədər.” Cümə-2
Peyğəmbərliklə yanaşı digər bir ilahı vəzifə də vardır ki, bu İmamət məqamıdır. Bu məqamın əhlini də Allah Təala təyin edir. Bu ilahi varislər növbəti peyğəmbərin zühuruna qədər nazil olan kitab və hikməti qoruyar, insanlara rəhbərlik edər.
Sonuncu peyğəmbərdən (s) sonrakı dövür də bucürdür. Tarix və peyğəmbər (s) hədisləri də bunu təsdiq edir. Çünki belə olmazsa dinin həqiqi xətti, ideal xətti qalmaz. Dövrümüzdə olan məzhəb, təriqət, ayələrə yazılan təfsirlərin müxtəlifliyi, hətta tarixin belə müxtəlif formalarda çatdırılması bunun bariz nümunəsidir. Bu qədər düşüncə və ixtilaflı nəzəriyyələr arasında Allahın buyrurduğunu olduğu kimi bilən, onu insanlara çatdıran bir bir dəstə və ya şəxslər olmalıdır. Bu danılmaz bir həqiqətdir. Belə olmazsa sonuncu din öz mahiyətii itirmiş olar. Elə isə həqiqi, sonuncu dinin qoruyucuları kimdir?
Quran bu dini sonuncu və qəyyum (təhrif olmadan əbədi qalan) kimi vəsf edib.
Bunlar Allahın və peyğəmbərin təyin etdiyi 12 İmam (ə), peyğəmbərin Əhli-Beytidir (ə). Peyğəmbərin “Sizin aranızda iki ağır əmanət:Quran və Əhli-Beytimi qoyub gedirəm” hədisi də bunu təsdiq edir.
Əhli-Beyt (ə) İmamların sözü Quranın və peyğəmbərin (s) sözüdür. İmam Rza (ə)-dan nəql olunan hədisdə deyilir, İmam (ə) buyurdu: \"Allah rəhmət eləsin bizim əmrimizi diri tutanlara”.
Soruşdular ey peyğəmbər övladı sizin əmrlərinizi diri tutmaq nə deməkdir? İmam (ə) buyurdu: Bizim kəlamlarımızı, sözlərimizi öyrənmək və onu başqalarına çatdırmaq . Əgər insanlar bizim sözlərimizi gözəlliklə eşidib, bilsələr bizi özlərinə öndər bilərlər. (Biharul-ənvar)
Yaxud Muaviyyə bin Əmmar nəql edir ki, mən İmam Sadiqdən (ə) soruşdum: İnsanlardan eləsi vardır ki, sizin sözlərinizi öyrənir və bunu başqalarına da nəql edirlər. Bunula onlar insanların qəlbinə fərahlıq bəxş edir, qəlbləri diri tuturlar. Elə kəslər də vardır ki, abiddirlər lakin sizin sözlərinizdən qəflətdədirlər. Bu kəslərdən hansi daha fəzilətlidir?
İmam (ə) buyurdu: “Bizim kəlamlarımızı bilən və bunu insanlara çatdıran, bununla da insanların qəlbinə həyat bəxş edən kəslər min abiddən üstündür.” (Usul-kafi)
Əhli-Beytin (ə) kəlamları hikmət və ixlasla deyilmiş kəlamlardır ki, danışanın da, eşidənin də qəlbini diri tutar, ona dirilik və fərəh bəxş edər./Yaşar Nuriyev