Qadınların tək başına müqəddəs məkanları ziyarətə getməsinin şərii hökmü nədir? – Ayətullah Sistani


Qadınlar hansı halda tək başına müqəddəs məkanlara ziyarətinə gedə bilər?

“İslaminSesi” “alforatnews”-a istinadən bildirir ki, Ayətullah Seyyid Sistaninin dəftərxanasına bəzi şəri suallar ünvanlanıb. Bu suallardan biri də qadının tək başına müqəddəs məkanların ziyarəti üçün uzaq səfərə çıxması barədədir. Sual:

Qadınların yanlarında həyat yoldaşları və ya yaxın məhrəmləri olmadan müqəddəs məkanları ziyarətə getməsinin hökmü nədir?

Cavab: Bu kimi məsələlərdən məqsəd özlərini haramlardan qorumalarıdır. Gərək harama düşməyəcəklərindən əmin olsunlar.

Bəli, əgər qadın evli olarsa, yaxud, ata və babası sağ olarsa və onlar da (ər, ata, baba) qadının səfərə çıxmasını təhlükəli bilib icazə verməsələr, gərək onlarla müxalifət etməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter