Peyğəmbər (s) səhabəsi Hz Səlman necə hidayət oldu! Əhvalat


Həzrət Peyğəmbər (s) Rəbiül-əvvəlin 18-də Mədinəyə daxil olur. Şəhərə girmə xəbəri bütün şəhərə yayılır. Səlman həqiqət və İslam dininin axtarışında idi və yəhudilərdən biri onu tarlasında işləmək üçün muzdla tutmuşdu. Peyğəmbərin (s) gəlməsi xəbərini eşidir, bir boşqab xurma götürüb, Peyğəmbərin (s) qarşısına çıxır.

Həzrət Peyğəmbər (s) soruşur: “Bunlar nədir? Səlman deyir: “Xurmaların sədəqəsidir. Bu şəhərə təzə gəlmisiniz və qəribsiniz. İstədim ki, sizi bu sədəqə ilə qarşılayam”. Həzrət Peyğəmbər (s) yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Ancaq Həzrət özü ondan yemir. Səlman bir boşqab da xurma gətirir, Peyğəmbər (s) soruşur ki, bu nədir? Deyir: “Gördüm ki, sədəqə kimi gətirdiyim xurmadan yemədiniz. Bunları hədiyyə kimi hüzurunuza gətirdim”. Bu zaman Həzrət yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Özü də yeməyə başlayır. Sonra Səlman yenə özünə bir işarə edir və deyir ki, bu da ikinci əlamət. Sonra Həzrətin (s) ətrafında fırlanmağa başlayır. Peyğəmbər (s) çiyninə atdığı parçanı götürür və Səlmanın gözü Həzrətin çiynində olan nübuvvət xalına dəyir, onu öpür. Peyğəmbər (s) soruşur: Sən kimsən? Deyir: “Mən əcəm əhalisindənəm”. Sonra da özü haqqında danışır. İslam dinini qəbul edir və Peyğəmbər (s) ona səadət və xoşbəxtlik müjdəsini verir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter