Həzrət Əlİ (ə) namazda olduğu vaxt saİlİ (dİlənçİnİ) necə gördü?
Cavab: Bilməliyik ki, oxun ayaqdan çıxarılması ilə üzüyü fəqirə bağışlamaq arasında bir çox fərqlər vardır. Çünki oxun ayaqdan çıxarılması sırf fiziki vücudla bağlı bir işdir. Bu işin insanın imanına, Allahla bağlılığına heç bir dəxli yoxdur. Amma fəqirin, yoxsulun halına diqqət ilahi bir işdir və insanın Allaha diqqətindən asılıdır. Doğrudan da, imam namaz zamanı özündən xəbərsiz olurdu. Amma fəqirin halına diqqət insanın özünə diqqəti deyil. Belə bir diqqəti Allaha diqqət hesab etmək olar.
Başqa sözlə, Allahın bəndəsinə, fəqirə yardım etmək özü bir ibadətdir. Bu iş mühüm ibadət olan namazla vəhdət təşkil edir. Ona görə də təəccüb etməyə dəyməz ki, fəqirin acı nələsi həzrət Əlinin (ə) agah qəlbini narahat edir və onun diqqətindən kənarda qalmır. Namaz ibadətdirsə, yoxsula yardım da bir ibadətdir. Hər iki iş Allaha görə, Allahın razılığını qazanmaq məqsədi ilə yerinə yetirilir. Həzrət Əlinin (ə) bu əməli o qədər dəyərli olmuşdur ki, bu əməl haqqında Quran ayəsi nazil olmuşdur.