İnsanda hansı mənfi əxlaqdır hətta qardaşı öldürməyə gətirib çıxara bilər?!
Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? (Maidə-40)
İslaminSesi – Qurani Kərimə əsasən yer üzünün ilk insan sakini Həzrət Adəmdir. Adəm (ə) ilk insan olmaqla yanaşı həm də peyğəmbəridi. Quran, insan nəslinin Adəm (ə) və həyat yoldaşı Həvvadan artaraq çoxaldığını bildirir. Həmçinin Quran, Adəm (ə) peyğəmbərin övladlarına da işarə edir. Lakin adlarını çəkmir:
“Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu” (Maidə-27) Həzrət Adəmin (ə) övladlarının adları Tövratda fərqli şəkildə qeyd olunsa da Quranda adları çəkilməmişdir. Adəmin (ə) övladlarının adları islami mətnlərdə yalnız hədis və rəvayətlərdə qeyd olunmuşdur. (Təfsiri-Nümunə)
Hədislərdə bu övladların adları Habil və Qabil kimi vəsf edilmişdir. Həmçinin Qabilin, qarbaşı Habili öldürdüyü də qeyd olunur. Quran bu barədə buyurur:
“Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu” (Maidə-30)
Həzrəti Adəmin (ə) ilk insan olduğunu nəzərə alaraq demək olar ki, onun (ə) övladları da ilk uşaqlardır və bu uşaqlardan da biri digərini öldürmüşdür. Qeyd olunan ayə də bunu təsdiq edir.
Təfsirçilər bu qətlin səbəbinin həsəd və paxıllığ olduğunu qeyd edirlər. Qurani kərim bu mətləbə işarə edərək Qabilin paxıllığ etdiyini və qardaşına həsəd etdiyi üçün öldürdüyünü bildirir:
“Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!” (Maidə-27)
Qurbanı qəbul olmayan Qabil qardaşı Habilə paxıllığ edir və onu öldürür. Paxıllığın və qurbanın səbəbi barədə Quranda qeyd olunmayıb. Lakin İmam Sadiqdən (ə) nəql olunan hədisdə Adəmin (ə) oğlanlarından birini özündən sonra “vəsi” (varis, başçı) təyin etmək üçün qurban gətirsinlər. Kimin qurbanını od yandıracaqdısa, onun qurbanı qəbul olacaqdı. Habilin qurbanı qəbul olur və bu da qabilin həsəd və paxıllığına səbəb olur. Daxili kin və həsədi onu qardaşını qətl etməyə vadar edir. (Təfsiri Əyyaşi):
O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi - Maidə-27
Yer üzündə törədilən ilk qətl Aədəmin (ə) oğullarının törətdiyi qətildir. Bunu da səbəbi paxıllığ və qısqanclıq idi. Qardaşını qətl dən Qabil sonra böyük peşmançılıq hissi keçirir, lakin artıq gec idi...
Quran, Qabilin peşmançılığını və qardaşını dəfn etməsini belə vəsf edir: Allah, yeri eşələyən bir qarğa göndərdi ki, (ölmüş digər bir qarğanı basdırmaqla) ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu. (Maidə-31)
Quran və hədislərin bildirdiyinə görə yer üzündə edilən ilk qətl Qabilin törətdiyi qətildir. Həmçinin bunun səbəbi də həsəd və paxıllığdır./Yaşar Nuriyev