Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdir?


Belə bir sual meydana gəlir ki, məgər İmam Hüseynin (ə) bütün dostları şəhid olmamışdı? Bəs Kərbəla hadisəsini kim nəql edib, tarixə həkk etmişdir?

Bu, düzdür ki, İmamın (ə) demək olar ki, bütün dostları şəhid oldular, ancaq Aşura hadisəsi, Kərbəlada cinayət törədənlərin istədiyi formada qalmadı. Uca Allah haqqın bütün dünyaya çatmasını təmin etdi.

Bu faciəni nəql edən simalar ilə tanış olaq:


1. İlk növbədə - İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə). O zaman 4 yaşı olan İmam Baqir (ə) də bu hadisəni nəql edən Məsumlar (ə) sırasındadır.
2. Həmid ibni Müslim Əzədi. Bu şəxs Ubeydullah ibn Ziyad (lən) ordusunun hadisələrini yazan şəxs olmuşdur. Nəql edilir ki, bu şəxs İmam Səccadın (ə) qətl edilməsinin qarşısını alan insan olmuşdur. Ona görə də Muxtar Kufəni ələ keçirən zaman ona aman vermişdi.


3. Düşmən ordusunun cinayətkarları. Kərbəla hadisəsinin bir çox cinayətkarları Muxtarın qiyamından əvvəl etdikləri əməllər ilə fəxr edir və onu insanlara iftixarla nəql edirdilər. Muxtar bu insanların bir-bir sorağına gedib, onları qətl etmişdi.


4. İmamın (ə) sağ qalan davamçıları. Zəhak ibni Abdullah İmamın (ə) davamçılarından olmuşdur. Amma, şəhadətə yetişməyə tofiqatı olmamışdı. O, döyüş meydanından qaçmışdı. Zəhak İmamla şərt bağlamışdı ki, İmamla (ə) o zamana qədər olacaqdır ki, ona fayda verə biləcəkdir. İmam (ə) da qəbul etmişdi. O, atını hazır qoymuş və Həzrət Abbasın (ə) şəhadətindən sonra İmamdan (ə) icazə alıb, döyüş meydanından çıxıb getmişdir. (Tebyan)

5. Rübabın nökəri. O, İmamla (ə) birlikdə vuruşmuşdu, ancaq sağ qalmış və əsir düşmüşdü. O, da bu hadisə haqqında bir çox həqiqətləri nəql etmişdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter