(Bağışlamağın) Əfv etməyin ən yaxşı forması hansıdır?


Quranın nəzərinə görə əfv etməyin üç dərəcəsi vardır ki, onlarla tanış olaq:



1. Birinci dərəcə odur ki, insan başqalarının pisliyini görər, ancaq Allaha xatir onu bağışlayar. Allah Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: “Ey Peyğəmbər, onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər. Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə, döyüşə başlama)”. (“Əraf” 198-199).



2. İkinci dərəcə odur ki, insan başqalarının pisliyini görməməzliyə vurar. Quran başqalarının zülm və pislini görməməyi “səf” adlandırmışdır. Möminlərdən istəyir ki, bir-birinə qarşı “səf”ə malik olsunlar. (Həvzəh)

“Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).



3. Üçüncü dərəcə odur ki, insan başqalarının pisliyi qarşısında, onlara yaxşılıq etsin. Bu dərəcə əvvəlki iki dərəcədən daha çətindir. Ancaq dinimiz bu kimi bağışlamağı çox bəyənir və ona təşviq edir. “(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər”. (“Qəsəs” 54).

“Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik”. (“Muminun” 96)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter