“Təthİr” ayəsİ və İsmətə dəlalət edİrmİ?
Təthir ayəsi nə deyir və onu əsas tutaraq Əhli-beytin ismətini necə isbat etmək olar?
Təthir ayəsi belədir:
«...إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً»؛
“Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. (Əhzab surəsi, 33-cü ayə)
Bu ayədən ismətin isbatı üçün neçə nöqtəyə diqqət etmək lazımdır:
1. Bu ayə iki ifadədə məxsusluq və qətilik bildirir:
A) Ayədə işlənən \"انما\" şəkilçisi hər bir çirkinliyin məhz Allahın istəyi ilə uzaq olmasına işarə edir.
B) Ayədə zikr olan “Əhli-beyt” kəlməsi hər növ çirkinliyin məhz onlardan uzaq olmasını bildirir.
2. Lüğət baxımından “Çirkinlik”dən məqsəd hər növ yanlışlıqdır. Qurani-Kərimdə də bu mənada ifadə olunub.
3. Burada Allahın (iradəsi) istəyindən məqsəd onun Təkvini iradəsi (mütləq həyata keçən istəyidir), yəni Allah, mütləq Əhli-beytin hər növ çirkinlikdən uzaq olmasını istəyir.
4. Hər cür çirkinlikdən uzaq olmaq eyni ilə məsum olmaq mənasındadır.
Deyilən məntiqli fikirləri yığcam halda belə demək olar:
1) Zikr olunan “Təthir” ayəsi Allahın qəti istəyi ilə Əhli-beytdən hər cür çirkinliyin uzaq olmasını bildirir;
2) Şübhəsiz Allahın qəti iradəsi həyata keçəndir;
3) Əhli-beyt (ə) hər cür çirkinlikdən pakdır;
4) Hər cür çirkinlikdən tamamilə uzaq olmaq xüsusiyyəti məsumluğa bərabərdir;
5) Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, Əhli-beyt (ə) məsumdur.