Kufə əhlinin Üç imama xəyanətinin səbəbi nə idi?


Əgər tarixdə Kufə əhlinin fikri, etiqadi və siyasi büluğunu aşardırsaq, görərik ki, Həzrət Peyğəmbərin (s) dəvətini uzaq diyarlar eşitsə və qəbul etsə də, ancaq Kufə bəsirətsiz və vilayətə qarşı axsayan bir yer olaraq qalırdı. Rəhbərin buyurduqlarına diqqətsizlik etmək, İmamın (ə) əmrlərinə boyun əyməmək o mövzulardandır ki, tarix buna şəhadət verir.

Misal üçün, İmam Əlinin (ə) dövründə Həzrətin (ə) düşmənlə mübarizə aparmaq çağırışlarına baxmayaraq, Kufə əhli bu mövzuya ən az diqqət edən bir cəmiyyət kimi tanınmışdır.

“Nəhcul-bəlağə”də oxuyuruq: “O kəslərə giriftar olmuşam ki, əmr edirəm – itaət etmirlər, onları çağırıram – yerinə yetirmirlər. Ey əslsiz və köksüz insanlar! Allahınıza yardım etməkdə nəyin intizarını çəkirsiniz?”.

Kufə əhli İmam Hüseynin (ə) dövründə də fikri və siyasi büluğa çatmamışdı. Hərçənd iddia edirdilər ki, İmamlarının (ə) səsini eşidirlər və ona mütidirlər, ancaq əməl meydanına gələn zaman sözləri ilə əməlləri arasında nə qədər fərq olduğunu inkar edə bilmədilər.

Baxmayaraq ki, onlar İmama (ə) çox sayda məktub yazmış və onu dəvət etmişdilər, ancaq rəhbərlərinə sadiq olmadılar və onu müdafiə etmədilər. “Luhuf” kitabında oxuyuruq ki, təxminən 12 min nəfər İmama (ə) belə bir məktub yazmışdı.

Kufəlilərin rəftarlarının sözləri ilə uyğun gəlmədiyini tarix də etiraf edir. Belə ki, İmam Hüseyn (ə) Kufə əhlinin halı ilə maraqlanan zaman ona deyirlər: “Qəbləri səninlədir, ancaq qılıncları sənin əleyhinə çevrilmişdir”.

Bu insanların ən zəif cəhətlərindən biri də budur ki, sözə tez inanan və düşməndən qorxan idilər. Ona görə də Müaviyyə (lən) onların bu sifətlərini işə salıb İmam Əliyə (ə) qarşı silah kimi çevirmişdi. Nəticədə İmamın (ə) ordusu qalib gəlməmişdi. Siffeyn döyüşü ilə bağlı yazırlar ki, o zaman ki, Müaviyyənin (lən) ordusu məğlub olmaq üzrə idi, Quranı nizələrə taxıb bu məğlubiyyətdən qaça bilmişdilər.

Kufə əhli heç bir dövrdə öz rəhbərləri ilə bağladıqları əhdə vəfa etməmişdilər. Kufə əhlinin tarixini araşdıran zaman götürməli olduğumuz dərslərdən biri budur ki, səadət və xoşbəxtlik – vilayəti qəbul edib ona itaət etməkdədir. Cürətlə deyə bilərik ki, bəsirətsizlik Kufə əhlinin tənəzzül etməsinə səbəb oldu. Məhz bəsirətsizliyə görə bu cəmiyyət öz rəhbərinə yardım etmədi və düşməndən qorxdu./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter