İmam Hüseynin (ə) ən üstün 4 xüsusiyyəti hansılardır?!
İmam Hüseynin (ə) bir Məsum İmam (ə) kimi çox sayda üstün sifətləri vardır. Ancaq onların içərisindən dörd sifətə xüsusi işarə edilmişdir.
1. İmamların (ə) atasıdır. İmam Hüseynin (ə) ən üstün sifətlərindən biri budur ki, qalan 9 İmamın (ə) atasıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah, Hüseynin (ə) nəslindən vəsilər seçmişdir ki, Qurandan təhrifləri, yolunu azmışların təfsirlərini uzaqlaşdırar. Onların doqquzuncusu onların Qaimidir (ə.f)”.
2. Şəhidlərin sərvəridir. İmamın (ə) ən üstün sifətlərindən biri də budur ki, o, dünya və axirət şəhidlərinin sərvəridir. Qüdsi hədisdə oxuyuruq: “Bilin ki, o əvvəlincidən axırıncıya qədər, dünya və axirət şəhidlərinin sərvəridir”. İmam Sadiq (ə) buyurur: “Elə bir şəhid yoxdur, məgər o halda ki, Hüseynlə (ə) birlikdə olmaq istəsin və onunla birlikdə behiştə daxil olsun”.
3. Türbətinin bərəkəti vardır. İmam Hüseyn (ə) tək Məsumdur ki, türbəti müqəddəs hesab olunur və bərəkəti vardır. İmam Sadiq (ə) buyurur: “Allah, Hüseynin (ə) öldürülməsi qarşılığında İmaməti onun nəslində qərar verdi və şəfanı türbətində”. (Həvzəh)
4. Ziyarətinin bərəkəti çoxdur. Məsumlarımız (ə) İmam Hüseynin (ə) hərəmini ziyarət etməyi o qədər tövsiyə etmişdilər ki, heç bir yer bu qədər ziyarət olunmaq üçün tövsiyə edilməmişdir. Çünki bu hərəmi ziyarət etməyin çox sayda bərəkətləri vardır ki, saymaqla bitməz./Deyerler.