Həzrət Hüseynin (ə) qətlində daha kimlər şərikdir?


Bu gün qanlı, hüzünlü Aşura günüdür. Aşura sözünün mənası 10-cu deməkdir. Yən hicri tərvimi ilə məhərrəm ayının 10-cu günü peyğəmbər (s) övladlarına zülm edilib, kişilər demək olar ki, hamsı amansızlıqla qətl edilib, uşaq və qadınlar isə əsir edilib. Bu bir tarixi hadısədir, həm də bir idoloji savaşdır. Ləyaqətlilərin ləyaqətsizlər qarşısındakı savaşı.

Aşura həm də mizan və tərəzidir. Yəni mövqe və seçim meydanıdır. Bu gün Aşuradan neçə yüzilliklər keçməsinə baxmayaraq, bu hadisə dünən də, bu gün də, sabah üçün də bir təyin edici meyardır. Yəni “dünən” İmamı (ə) tanımayan öz silahı və ya laqeyidliyi ilə o Həzrətin qarşısında durdu, bu gün isə tanımayaraq öz öz mövqeyi ilə Həzrətin qarşısında durur. Öz mövqeyi və zəhərli dili ilə o Həzrətə (ə), ümumiyyətlə, bütün peyğəmbər və Allah dostlarının amalına xəyanət etmiş olur.

Bu mətləb barəsində, xüsusi ilə də həm keçmişdə, həm də bu günki gündə kimlərin İmama (ə) zülm etdiyi, kimlərin İmamın (ə) qətlində şərik olduğları, yaxud bu qətldə hesab olunduğları barədə “ar.hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb:


Sual – Seyyiduş-şühada İmam Hüseynin (ə) qətlində tək Yezid günahkardır, yoxsa Muaviyyə və onun bütün dəstəkçiləri bu işdə şərikdirlər?

Cavab:

Həzrət Hüseynin (ə) qətlində Yezid ibn Muaviyyə, Muaviyyə ibn Əbu Süfyan, bütün onların yolu ilə gedən, onlara tabe olanlar, bu işə razı olanlar, Əhli-beytin (ə) məqamını əllərindən alanlar hamısı şərikdir. Bu istər əvvəlkilərdən olsun, istər sonrakılardan. Hətta bu işə razı olanlar belə...


Bunu təsdiq edən kifayət qədər hədis vardır. Allahın rəsulu (s) bu barədə buyurub: “Kim bir dəstəni sevərsə qiyamətdə onlarla birgə olar. Kim bir dəstənin əməlinə rəğbətli (razı) olarsa, həmin adam o əmələ şərikdir”.

Yaxud İmam Əli (ə) buyurub: Ey insanlar, insanları bir yerə cəm edən (onları bir edən) onların rizası və qarşı çıxmasıdır (razı olnlar bir, qarşı çıxanlar bir olar). Həqiqətən Saleh peyğəmbərin (ə) dəvəsin bir kişi öldürdü, lakin hamı buna razı olduqları üçün Allah hamısına qəzəb etdi. Necəki Allah Quranda buyurur: “Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi”. (Şəms-14)

Muaviyyə, Yezidin hakimiyyət əldə etməsində, güc əldə etməsində, müsəlmanları zəlil etməsində, Ali-Muhəmmədin (s) haqqının qəsb olunmasında ən əsas vasitədir. Bu günahlarda necə onunla şərik olmasın!?/islaminsesi.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter