Əzadarlıq məclislərində gərək bu 2 nöqtəyə diqqət edək!


İmam Hüseyn (ə) müsibəti elə bir müsibətdir ki, atəşi Qiyamətə qədər sönməyəcəkdir. Bu əza məclislərində iştirak edib, Həzrətə (ə) əza saxlamaq insanı İmama (ə) və Məsumlara (ə) yaxınlaşdırar və dünya, axirət həyatına təsir qoyar. Tövsiyə olunur ki, bu əza məclislərində 2 mühüm nöqtəyə diqqət edilsin ki, onlardan daha çox bəhrə aparılsın.

1. İmam Hüseynin (ə) bütün ömrü boyu etdiyi əməlləri tanımaq və onlar haqqında təfəkkür etmək. Həzrətə (ə) aid keçirilən əza məclislərində gərək İmamın (ə) həyat tərzinə və ömrü boyu yerinə yetirdiyi əməllərə diqqət edilsin. Hər bir əza əhli İmam Hüseyn (ə) kimi yaşayıb, təfəkkür etməyi bu məclislərdən öyrənsin. Çünki əgər bu mövzuya diqqət edilməzsə, Məhərrəm ayından lazımlı qədər istifadə etməmiş olarıq. (Tebyan)

İmam Zaman ağa (ə.f) cəddi barəsində buyurur: “Sən – Peyğəmbər (s) övladı, Quranı bəyan edən, ümmətin yarı və dayağı, İlahi itaət yolunda səy edən, əhdin hafizi, batil və nifaq yollarını aradan aparan, rüku və səcdələrini uzun edən, dünyaya zahid olansan – o zahid kimi ki, dünyadan köçməkdədir”.


2. Əməllərini Həzrətin (ə) əməllərinə uyğun etmək. Heç bir zaman din üçün yerinə yetirdiyimiz əməlləri çox hesab etməyək və onu kifayət bilməyək. Çünki hələ uzun yol və ali dərəcələr bizi gözləyir. Necə ki, İmam Hüseyn (ə) cəddinin dilindən buyurur: “Hər kəsin yaxşılığı gərək onun mərifəti qədərində olsun”.

Ona görə də, ey əzadar! Hər nə qədər bu ayda təfəkkür etsən və yaxşı əməllər yerinə yetirsən, mənəviyyatına təsiri də çox olacaqdır. Çünki məhz təfəkkür etmək sayəsində Hürr haqq yolunu tapdı və xilas oldu./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter