Məhərrəm və səfər aylarında görülməsi münasib olmayan işlər hansılardır?
Dəftərxana verilən suali cavablandırıb...
İslaminSesi.info – Qeyd etdiyimiz bu iki ay matəm ayı hesab olunur. Bu ayda şadlıq etməyi, hətta gündəlik həyatımızda etdiyimiz bəzi işləri tərk edirik, münasib bilmirik. Bu iki ayda hansı işlərin bəyənilmədiyi və tərk etməyin zərui olması barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb. Dəftərxana verilən suali cavablandırıb:
Sual: Bu iki ayda bəzi möminlər gündəlik həyatlrında əməl etdiyi bəzi icazəli işləri tərk edirlər. Məsələn bunlara evlənməyi, yeni evə köçməyi, yeni ev əşyaları və ya paltarlar almağı misal çəkmək olar. Bu iki ayda ehtiramı ilə bağlı düzgün, şərii göstəriş necədir?
Cavab: Bu qeyd olunanları yerinə yetirmək haram deyildir. Lakin sadlıq etmək, bəzənmək kimi işlərə Aşura günündə rəvac vermək ehtiramsizlıq sayılır. Bəli daha layiqlisi budur ki, insan Əhli-beytin (ə) hüzünlü, müsibətli günlərində, öz əzizini itirmiş biri kimi davransın. Necəki öz əzizlərinin müsibətli günlərində insan, bəzi işləri tərk edir, bu günlərdə də bu cür davransın. Təbii ki, gündəlik, ürfün tələb etdiyi işlər istisnadır. Hüzn və əzadarlığa xələl gətirən işlərdən uzaq olsun./Shafaqna.ar)