Həzrət Nuhun (ə) dünyadan köçməsi necə olmuşdur?


İmam Sadiq (ə) buyurur: “Həzrət Nuh (ə) gəmidən endikdən sonra 50 il ömür sürür və ömrünün son günlərində Cəbrayil (ə) ona nazil olur və deyir: “Ey Nuh! Allah buyurur: “Nübuvvətini sona çatdırdın və ömrün keçmişdir. Səndə olan elm mirasını və nübuvvət elmini oğlun Sama tapşır. Mənim sünnətim belədir ki, hər bir qövm üçün yol göstərən seçirəm ki, səadətli insanları haqqa tərəf hidayət etsin””.

Həzrət Nuh (ə) bu əmrə əməl edir və Samı öz vəsisi elan edir. Həmçinin övladlarını Hud (ə) adlı peyğəmbərin gələcəyi ilə müjdələdi. Vəsiyyət etdi ki, nə zaman Hud (ə) zühur etsə, onun ardıcılı olsunlar. Həmçinin vəsiyyət etdi ki, hər il vəsiyyətnaməni oxusunlar və həmin günü bayram keçirtsinlər.

O zaman ki, Əzrayil (ə) Nuhun (ə) canını almaq üçün gəlir, Nuh (ə) günəşin nuru altında idi. Əzrayil (ə) ona salam verdi və o da salamın cavabını verdi. Soruşdu: “Bura nə üçün gəlmisən?”. Əzrayil (ə) dedi: “Gəlmişəm ki, sənin ruhunu qəbz edəm”. Nuh (ə) dedi: “İcazə ver, günəşin nurundan kölgəyə tərəf gedəm”.

Əzrayil (ə) icazə verdi və sonra Nuh (ə) Əzrayilə (ə) dedi: “Ey ölüm mələyi! Dünyada yaşadığım bu müddət (o qədər qısa göründü ki) günəş şüasından kölgəyə gəlməyim qədər oldu. İndi mənim ruhumu qəbz et!”. Əzrayil (ə) də onun ruhunu qəbz edir”. Halbuki, Həzrət Nuh (ə) ən uzun ömür sürmüş peyğəmbərlərdən (ə) olmuşdur…/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter