Heyvanların ruhunu da Əzrayil (ə) alır?
Heyvanların ruhunu kim alır? Bu mövzu o mövzulardandır ki, hələ də dəqiq cavablana bilməmişdir. Bəzi hədislərdən bu nəticəyə gəlmək olur ki, necə ki, insanların ruhunu Əzrayil (ə) alar, heyvanların ruhunu almaq da ona tapşırılmışdır.
Bu mövzu ilə bağlı iki nəzər vardır:
1. Heyvanların ruhu Əzrayil (ə) tərəfindən alınar.
2. Məmur edilmiş başqa dörd mələk bu işlə məşğuldurlar.
Əllamə Məclisi bu haqda buyurur: “Hədislərimiz içində bu iki nəzəri isbat edən heç bir dəlilə rast gəlinməmişdir. Ona görə də bu haqda nəzər verən zaman ehtiyata riayət etmək lazımdır”.
Əzrayil (ə) haqqında belə bir hədis nəql edilir ki, mələk buyurur: “Mən heç bir şeyə, hətta ağcaqanadın ruhunu qəbz etməyə belə Mənnan Allahın izni olmadan qadir deyiləm”. Bu səbəbdən heyvanların ruhunun qəbzi Əzrayilə (ə) nisbət verilmişdir. Seyyid Nemətullah Cəzairi də bu nəzəri təsdiq etmişdir.
Hədislərin birində oxuyuruq: “Ölüm mələyi olan Əzrayilə (ə) salam olsun ki, bütün xəlqin ruhunu qəbz edəndir”. Başqa hədislərdə isə deyilir ki, o, bütün ruhların qəbz olunması üçün vəkil edilmişdir./Deyerler.