Mömin öz duasından hansı 3 nəticə əldə edər?!


Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq.



İmam Səccad (ə) buyurur: “Mömin, duasından üç nəticə alar:

1. Ya onun üçün ehtiyat kimi saxlanılar.

2. Ya dünyada həyata keçər.

3. Ya da ona çatmalı olan bəla geri qayıdar”. (Beytutə)



Hər kəs 40 hədisi əzbərləyərsə... İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımızdan hər kim 40 hədisi əzbərləyər və onlara əməl edərsə, Allah Qiyamət günü onu fəqih alim kimi məhşur edər və əzab verməz”.

Mömin – elmə hərisdir.

İmam Sadiq (ə) buyurur: “(Möminin) imanı yəqinlə doludur və (dini elmi öyrənməkdə) hərisdir”.
Heç bir çətinlik onu namazdan saxlamaz

İmam Sadiq (ə) möminin sifətləri barəsində danışan zaman buyurmuşdur: “(Mömin) məşğul olduğu və çətinlikdə olduğuna baxmayaraq, namazqılan olar”.

Mömin qardaşında bu 3 sifəti görsən, ondan ümidvar ol!

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman (din) qardaşında bu üç sifəti görsən, ona ümidvar ol: həya, əmanətdarlıq və doğru danışmaq”.

Bəs həqiqi mömin kimdir?

Həqiqi möminin kim olması ilə bağlı İmam Sadiq (ə) buyurur: “Hadisələrdə səbirli, fitnələrdə vüqarla təkan verən və çətinliklərdə hövsələlidir”.


Vilayəti qəbul etmək – möminin ən ümdə xüsusiyyətlərindəndir.

İmam Əli (ə) buyurur: “Hər kim bizə çəng vurar (yəni bizdən yapışar) – nicat sahilinə çatar. Hər kim bizi tərk edər, qərq olar”.

Əgər İmamın (ə.f) vilayətində sabit qalarsa...

İmam Baqir (ə) buyurur: “Hər kim İmam Zamanın (ə.а) qeybi zamanı biz Əhli-Beytin (ə) ismət və təharətin vilayətinə və imanına sabit qalarsa, Allah Təala ona Bədr və Hüneyn döyüşlərinin min şəhidinin savabını əta edər”.



Möminin 3 halda 3 nişanəsi.

İmam Sadiq (ə) buyurur: “(Mömin) hidayət yolunda sevincli, yaxşı işlərdə davamlı, güclü elmə malik, mülayim və səbirlidir”.



Behişti istəyənlər və cəhənnəmdən qaçanların rəftarı.

İmam Səccad (ə) buyurur: “Hər kim behiştə muştaq olar – yaxşı işlər görməkdə tələsər. Şəhvətini ayağının altına alar.

Hər kim Qiyamətin qorxulu atəşindən qorxar – Allah dərgahında tövbə edər, günahdan və pis işlərdən uzaq olar”.



İnsanları bunlarla imtahana çəkin.

İmam Sadiq (ə) buyurur: “İnsanların namaz və oruclarına aldanmayın. Çünki insan bəzən namaz və oruca o qədəradət edir ki, əgər onları tərk edərsə, qorxu hissi yaranar.

Onları düz danışmaq və əmanətdarlıqları ilə imtahana çəkin”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter