İmam Əlinin (ə) hədisinə əsasən Pis əməli necə tanıyaq?


İmam Əli (ə) buyurur: “O iş ki, gizlində yerinə yetirilər və aşkarda xəcalətvericidir, ondan çəkin. Həmçinin o işdən ki, əgər yerinə yetirilsə, onu edənə sual verilər, ya yerinə yetirdiyini inkar edər və ya ona görə üzr istəyər - ondan uzaq ol”. (Tebyan)

Hədisin şərhi.

İnsanların bir çoxu pis iş görmək istəmirlər. İstəmirlər ki, insanların və Allahın qəzəbinə tuş gəlsinlər. Lakin bəzən yaxşı ilə pis işi ayıra bilmədiklərinə görə, istəməyərəkdən nalayiq işə düçar olarlar.

Ona görə də yaxşı işi pis işdən ayrımaq üçün İmam Əli (ə) iki qanun ilə onun nişanələrini tanıdır.

1. Pis iş odur ki, gizli şəkildə insanların gözündən uzaq halda yerinə yetirilsin. Və əgər aşkarda onu etsəydi, insanların məzəmmətinə səbəb olar və xəcalət çəkərdi.

2. Pis işin ikinci nişanəsi budur ki, onu yerinə yetirənə suallar verilər ki, axı bu işi niyə görmüsən? Ya inkar edərək deyər ki, mən belə bir iş görməmişəm. Ya da həmin işə görə üzr istəyər. Deyər ki, məni bağışlayın, nadanlığım üzündən etmişəm.

Ona görə də bir işi görən zaman əgər bu iki nişanədən biri onda olarsa, deməli həmin iş pis iş sayılır. Onu yerinə yetirməkdən çəkinək./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter