İmam Sadiqin (ə) hədisinə əsasən İnsanların hansı 8 dəstəsindən uzaq olmaq tapşırılır?
Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz.
2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər.
3. O kəs ki, ona aid olmayan işə qarışar.
4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər.
5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər.
6. O kəs ki, hər müsibətə pərişan olar.
7. O kəs ki, düzgün məsələdə eyni nəzərdə olan ətrafındakılarla müxalifətlik edər.
8. O kəs ki, ataları ilə lovğalanar, halbuki atalarında olan yaxşı rəftarlar onda olmaz”./deyerler.