İmam Sadiq (ə) salavatın (fayda və təsiri haqda nə buyurur?
Salavat zikri və bu zikrin əzəməti barədə İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”. (Təfsiri Safi) İmam (ə) salavat zikrində 3 mətləbə işarə edir:
1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.
2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.
3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.
Salavat zikr etmək üçün xüsusi zamana və göstərişə ehtiyac yoxdur. İnsan hər vaxtda, hər işində, hər addımında bu bərəkətli zikri deyə bilər. Salavat zikrini tərk e etməyək ki, hədisdə deyilən rəhmət, bağışlanılma və dua halı bizimdə nəsibimiz olsun: Allahummə salli alə Muhəmmədin və Ali Muhəmməd/Yaşar Nuriyev