Peyğəmbərİn (s) Allaha sığınması nədən İdİ?


Əgər Peyğəmbər (s) məsumdursa və şeytan da məsum insana yol tapa (tovlaya) bilməzdisə niyə Allah ona buyurdu:
«قل اعوذ بربّ النّاس ... من شرّ الوسواس الخنّاس...»
(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;… Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərrindən…”
1. Ayədəki əmr Peyğəmbərə (s) xitab olunsa da insanlar üçün ümumi bir göstərişdir.
2. Şeytanın vəsvəsəsi yalnız isməti aradan aparacaq əməllərə aid olunmur. Necə ki, şeytan Həzrət Adəmi (ə) məsum olduğu halda da aldatdı. Və onun irşadi hökmü sındı-rmasına səbəb oldu.
3. İsmətin məxsus səbəb və amilləri vardır, Allaha hər zaman pənah aparmaq həmin amillərin ən önəmlisidir.
4. Allaha sığınmaq təkcə şeytani vəsvəsələrdən uzaq olmaq üçün lazım gəlmir, əksinə hər zaman Tanrıya sığınmaq bir növ Allah dərgahında təvazökarlıq, bəndəçilik və şükür əlamətidir. Bununla da Peyğəmbər (s) hər zaman insanın qoruyucusu və hidayətçisinin Allah olduğunu bəyan edir.
5. Peyğəmbər (s) bu kəlməsiylə ümməti tərbiyələndirir. Onlara anladır ki, hər bir şəxs bütün məqamda və zamanda Allahın ətəyinə möhtacdır. Ona görə də daim gərək ona sığınsın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter