Kimlər hesabsız behiştə və kimlər cəhənnəmə gedərlər?
İslam dininin əsli sütunlarından biri – məada iman bəsləməkdir. Məadın buyuruşlarına əsasən, hər bir insan Qiyamət günü başqa insanlarla birlikdə Məhşər səhrasında toplaşacaqdır, o zamana qədər ki, onun əməlləri hesaba çəkiləcəkdir.
Hər kimin əməli yaxşı olarsa behiştə və pis olarsa cəhənnəmə gedər.
Ancaq əgər hədislərimizə nəzər salsaq görərik ki, elə insanlar vardır ki, onlar Qiyamət günü hesab vermədən behiştə gedəcəklər. Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Allah Təala buyurur: “Ey o bəndələr ki, Mənim yolumda düşmənləri öldürmüsünüz və öldürülmüsünüz, Mənim yolunda sizə əziyyət və çətinlik çatmışdır, Mənim yolumda cihad etmisiniz – behiştə daxil olun. Onlar hesab vermədən və əzab olmadan behiştə daxil olarlar””.
İmam Baqir (ə) buyurur: “Qiyamət günü Allah Təala tərəfindən nida gələcəkdir ki, bütün məhşər əhli eşidəcəkdir: “Səbir əhli haradadır?”.
Bəziləri ayağa qalxarlar və mələklər onları qarşılayarlar. Nida gələr ki, düz deyirlər. Qoyun onlar hesab vermədən behiştə daxil olsunlar.
Nida gələr: “Fəzl əhli haradadır?”. Bəziləri ayağa qalxar və Allahın əmri ilə behiştə daxil olarlar. Nida gələr: “Allahın qonşuları haradadır?”. Bəziləri ayağa qalxar və hesab vermədən behiştə girərlər”.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, bəla əhli də hesab vermədən behiştə daxil olanlardandır. Şübhəsiz ki, behiştə hesab vermədən daxil olan kəslər peyğəmbərlər (ə), vəsilər, möminlər, şəhidlər və hədislərdə sifətləri bəyan olunan kəslər daxil olacaqlar. Bəs kimlər hesab vermədən cəhənnəmə daxil olacaqdır?
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurur: “6 dəstə hesab vermədən atəşə daxil olacaqdır:
1. Zülm edən əmirlər və hakimlər.
2. Təəssübkeş ərəblər.
3. Təkəbbür edən kəndlilər.
4. Yalan danışan tacirlər.
5. Həsəd aparan alimlər.
6. Simiclik edən zənginlər”.
İmam Sadiq (ə) buyurur: “Allah üç dəstəni hesab vermədən cəhənnəmə daxil edəcəkdir:
1. Zalım hökmdar.
2. Yalançı tacir.
3. Zina edən qoca kişi”. (İslami saytlara istinadən)
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bütün xəlqi hesaba çəkər, Allaha şirk edən kəsdən başqa. O, hesab vermədən cəhənnəmə tərəf gedər”. /Deyerler.