Bütün günahların kökündə bu 3 amil durur!
Əxlaq alimləri ayə və hədislərə əsasən bu qənaətə gəlib çatıblar ki, insanın günah etməsinə əsas 3 amil təsir qoyur ki, onları tanıyaq və onların şərindən uzaq olmağa çalışaq.
1. Havayi-nəfs. İnsanın nəfsində iki meyil qərar verilmişdir. Yaxşılıqlara meyil və pisliklərə meyil. O nəfs ki, insanı şəhvətə meyil etdirər, günaha səbəb olar. “(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”. (“Yusif” 53).
2. Dünyaya bağlılıq. Dünya elə bir yerdir ki, öz-ölüyündə eybə malik deyildir, Qadir Allah onu sevgi ilə xəlq etmişdir. Əsil naqislik – insanın dünya ilə olan rabitəsindədir. O kəs ki, dünyaya maddi baxışlarla nəzər salar – güman edər ki, həmişəlik orada qalacaqdır. Ona görə də bu insan Allahdan və axirətdən qafil qalar.
Bu səbəbdən hər kim günahdan çəkinmək istəyir, ilk olaraq dünyaya olan baxışını dəyişdirməlidir. İnsan qəbul etməlidir ki, bu dünya sadəcə başqa dünyaya keçid yeridir. Ona görə də hədislərimiz buyurur: “Hər bir xatanın əsası, günyaya sevgidədir”.
İmam Əli (ə) buyurur: “Hər kim ona (dünyaya) bəsirət gözü ilə baxar, (dünya) ona agahlıq verər. O kəs ki, gözünü dünyaya dikər, qəlbini kor edər”.
3. Şeytanın (lən) vəsvəsəsi. İnsanın həyatda iki yolu olar. Biri Allah yoludur, biri də lənətlik şeytan yoludur. Şeytanın əsas işi – insana nəfs yolu ilə vəsvəsə etməkdir. Əgər şeytanın vəsvəsələri nəfsə təsir etməzsə, deməli şeytana yollar bağlanmış olar. O zaman ki, nəfs bir şeyi arzu edər, şeytan ona təşviq edər və onu elə zinətləndirər ki, insan daha çox cəzb olunar.
Nəticədə deyə bilərik ki, şeytanın əsas işi – insanı Allahdan qafil etmək, Allahı yada salmağı unutdurmaq, maddiyyata həddən artıq diqqət etdirməkdir. Əgər bu üç amilə diqqət etsək, günahlarımızın sayını çox-çox azalda, hətta heçə yaxınlaşdıra bilərik./Deyerler.