Həzrət Peyğəmbərİn (s) halallıq İstəməsİ məsum olmamasından xəbər vermİrmİ?


Bu hadisə belə nəql olunur ki, Allahın Rəsulu ömrünün son güzəranını keçirirdi. O Həzrət buna görə üzünü camaata tutaraq əgər onun boynunda hər kimin bir haqqı qalıbsa elə bu dünyadaca ondan istəməsini və ya halallıq verməsini istədi. Bu zaman Suvad ibn Qeys adlı bir səhabə ayağa durub bir gün Peyğəmbər (s) (öz atına vurmaq istədiyi) əsası ilə səhvən onu vurduğunu söyləyib Peyğəmbərdən (s) əvəz olaraq qisas etməsini tələb etdi. Peyğəmbər (s) qisas olunmağa hazır olduğunu bildirdi. Sonra həmin şəxs bu fikridən daşındı. Peyğəmbər (s) da onun bu hərəkətinə qarşılıq onun barəsində dua etdi.
Bu hadisə neçə cəhətə görə yanlış hesab olunmuşdur:
1. Sənəd (mənbə) baxımından etibarsızdır: Bu hadisədən bəhs edən hədis, kimlikləri tam aydın olmayan naməlum ravilər tərəfindən deyilmişdir.

2. Rəvayət mətninin müxtəlifliyi: Bu hadisə müxtəlif şəkildə rəvayət olunur və hətta şikayət edən şəxsin kimliyində belə fikir ayrılıqları mövcuddur.

3. Tarixdə sözü gedən şikayətçinin saxta olması: Peyğəmbərin (s) səhabələri arasında Suvad ibn Qeys və ya digər rəvayətlərdə zikr olunan adlarda bir səhabə olmamışdır. O adlar heç bir mənbə kitablarında hallanmır.

4. Qisas hökmü cinayətkarın suçu qəsdən törətdiyi təqdirdə həyata keçir. Səhvən və ya bədbəxt hadisə baş verdikdə isə yalnız həmin şəxsdən diyə alınır. Əgər bu hadisə doğru olsaydı İlahi ehkamı çatdıran Peyğəmbər gərək ona şəriət qayda-qanununa əsasən cavab verəydi. Yoxsa onun təslim olmaqla din qanununa zidd hərəkət etməsi və bununla da dində yeni bidətin yaranmasına şərait yaratması heç bir məntiqə sığmır.

5. Tutalım belə hadisə baş vermişdir. Bəs nədən Peyğəmbər (s) bu hadisəni unutmuş ya da ki, həyatında laqeyd qalmışdır. Yalnız ömrünün son anlarında başqasının haqqını tapdalayıb deyə ondan halallıq istəmişdir. Axı başqasına olan zülmün halallığını almağı ömrünün sonuna qədər təxirə salmaq əxlaq sahibi olan Peyğəmbərə (s) yaraşmazdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter