Nə üçün şiələr “Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə e’tiraz edirlər?


Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Mə’sumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan “Kumeyl”, “Xəms əşərə”, “Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. “Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”1Vəhhabilər daha çox “Məfatihul-cinandakı, “Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lə’nətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lə’nətlənməsindən yaranır./azkurs.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter