Sübh namazına aid olan Quranda qeyd olunan ağ sapla qara sapdan məqsəd nədir?


Bəqərə surəsində (187) qeyd olunan ağ sap və qara sap ifadələrindən tam olaraq məqsəd nədir.?

İslaminSesi.info – Qurani Kərim bəzi mətləbləri açıq şəkildə bəyan edir. Bəzi mətləbləri isə bənzətmə və ya misallarla qeyd edir. Bu misallardan biri də Bəqərə surəsinin 187-ci ayəsində gələn ağ ip, qara ip misalıdır:

“...sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın...

Ayə ramazan ayının orucundan bəhs edən ayədir. Ayədə qeyd olunan ağ sap və qara sap ifadələri barədə “SHAFAQNA” saytı Seyyid Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlayıb. Sual: Bəqərə surəsində (187) qeyd olunan ağ sap və qara sap ifadələrindən tam olaraq məqsəd nədir.?

Cavab: Ağ sapdan məqsəd, gün işığı və qara sapdan məqsəd gecə qaranlığıdır.

Fəcr, üfüqdə üfüqi şəkildə yayılan işıqdan ibarətdir ki, gecənin qaranlığı içində ağ bir kəndir kimi fərq edilir. Əlbəttə, gecənin sonunda iki fəcr baş verir. Biri kazib (yalancı) fəcrdir ki, onun işığı olduqca qısadır və üfüqdə şaquli şəkildə çıxıb dərhal itir. Digəri isə sadiq (doğru) fəcrdir ki, onun işığı üfüqdə üfüqi şəkildə yayılır. Ayənin məqsədi sadiq (doğru) fəcrdir.

Bu səbəbdən sadiq (doğru) fəcr ortaya çıxmadan əvvəl yemək yeyə bilər və doğru fəcr üfüqdə özünü göstərdiyi anda isə imsaq etməlidir. Bu fəcrlə (günəş şəfəqi ilə) b birlikdə sübh namazının da vaxtı girmiş olur.

Başqa sözlə sübh azanına yaxın bir zamanda şərqdə yuxarı doğru bir ağlıq görünür ki, ona birinci fəcr və ya kazib (yalancı) fəcr deyilir. Nə vaxt ki o ağlıq yayılmağa başlayarsa ikinci fəcr və ya sadiq fəcr baş vermiş olur. Beləliklə, imsaq və sübh namazının əvvəl vaxtı gəlmişdir. (Yaşar Nuriyev)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter