Qüsl (dəstəmaz) aldıqdan sonra insanın barmağı kəsilsə, yenidən qüsl (dəstəmaz) almaq lazımdırmı?


Oxucu sual verir: Qüsl və ya dəstəmaz aldıqdan sonra insanın barmağı kəsilsə və ya üzündəki sızanaq deşilib qan gəlsə, yenidən qüsl almaq lazımdırmı?
Qüsl (eləcə də, dəstəmaz) hökmlərində bunları batil edən hallar açıqlanır. Qüsl və dəstəmaz bədəndən yara qanı gəlməklə batil olmaz. Yalnız qadınlara məxsus heyz, nifas və bəzən istihazə qanı gəlməklə qüsl və dəstəmaz batil olar. Bədən yaralanmaqla və ya sızanaq deşilməklə qan gəlsə, dəstəmaz öz qüvvəsində qalır. Amma namaz qılmaq üçün bədənin və libasın pak olması şərtdir. Buna görə də, dəstəmaz və qüsldən sonra bədənindən yara (sızanaq) qanı gəlmiş şəxs qanı yuyub, həmin yeri pak etməlidir. Bundan sonra namaz qılmaq olar. Dəstəmaz və qüslü təzələməyə ehtiyac yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter