Peşmançılıq insana lazımlı hissdirmi?
Peşmançılıq – insanın ruhi hallarından biridir. İnsan aqibətini düşünən və hesab verən varlıqdır. Bununla yanaşı, xata edən, tələsən, nəfsani istəklərinin ardınca gedəndir. Bu xüsusiyyətlər ona səhv etmək üçün şərait yaradar. Bu pis əməllərin nəticəsində özünü günahkar bilər və peşman olar.
Peşmançılıq – qəm və kədərdir ki, insanda pis işinə agah olduğu üçün meydana gələr. Peşmançılıq təfəkkürün məhsuludur. İnsanın sağlam ruha malik olduğundan xəbər verər.
Ancaq bitki və heyvanlarda bu cür hal yoxdur. Çünki heyvan instinkti əsasında hərəkət edər. Təfəkkür qüvvəsinə malik deyildir.
O kəs ki, heç bir zaman peşman olmaz, iki haldan başqası ona şamil olmaz:
1. Ya ömrü boyu heç bir xata və günah etməmişdir. Bu insan məsumdur.
2. Ya da günahların çoxluğuna görə onda peşmançılıq hissi ölmüşdür. (Həvzəh)
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, pis iş görər və peşman olar – imandan bəhrələnmiş deməkdir”./Deyerler.