Həzrət Yusİf (ə) məsumdurmu?


Bu hadisə Qurani-Kərimdə belə nəql olunub:
«وَ قالَ لِلَّذى ظَنَّ أَنَّهُ ناجٍ مِنْهُمَا اذْكُرْنى عِنْدَ رَبِّكَ فَأَنْساهُ الشَّيْطانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِى السِّجْنِ بِضْعَ سِنينَ»؛
“(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.” (Yusif surəsi, 42-ci ayə)
1. Ayədə göründüyü kimi Həzrəti Yusif (ə) azadlığa yol tapmaq üçün və özünü ona nisbət verilmiş günahdan bəraət qazandırmaq üçün yaxında azad olacağını bildiyi bir kəsə sifariş edir ki, Misir əzizinin yanına gedərək onu yada salsın. O da, təhqiqat aparıb Yusifin (ə) günahsızlığını isbat etsin. O, zindandan çıxan şəxs də Allahın izni ilə Yusifin (ə) sifarişini unudur və Yusif (ə) bu qəflətindən dolayı neçə illər zindanda qalmalı olur.
Əllamə Təbatəbainin nəzərinə əsasən, onun öz günahsızlığını isbat etmək uğrunda çalışmağının ismət məqamı ilə heç bir ziddiyyəti yoxdur. İlahi dərgaha xalis niyyətlə üz gətirmək bu mənada deyil ki, digər zahiri səbəblərdən vasitə olaraq istifadə edilməsin. Əgər belə güman olunsa ki, bütün vasitələr faydasızdır və öz hədəflərinə yetişmək üçün onlardan istifadə etmək olmaz, ağılsızlıq olardı. Əməldə ixlas bu mənayadır ki, insan digər vasitələrə arxayın olmasın və ürək bağlamasın.
Bu hadisədə Yusif (ə) peyğəmbər Allahdan qeyrisindən suçsuzluğunun isbatı üçün yardım istəsə də ona etimad etmirdi.
2. Allah Qurani-Kərimdə Yusifin (ə) qəflət etdiyindən söz açmır. Yusifin (ə) zindanda davamlı qalması, Allahın izni olmadan zahiri vasitələrdən kömək diləməsi ucbatından idi və bu hərəkət onun məqamına yaraşmırdı. Belə bir iş - «tərki ovla etmək» (yaxşını tərk etmək) nübuvvət məqamındakı ismətə xələl gətirməz və Həzrət Yusif (ə) ona görə Allah tərəfindən zindanla cəzalandırıldı ki, ondan sonra şəninə uyğun olmayan belə bir xırda işlərdən uzaq olsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter