Düzlüyü və sədaqəti ilə yer və göy əhlinə nümunə olacaq şəxsiyyət - Əbazər Qəffari
Düzlüyü və sədaqəti ilə yer və göy əhlinə nümunə olacaq şəxsiyyət - Əbazər Qəffari
İslaminSesi.info - İslam dini insanda sağlam ediqadla yanaşı sağlam düşüncə və haqqi müdafiə ruhiyyəsi aşılayir. Bu cür mübariz ruhiyyəli şəxsiyyətlərdən biri də əziz islam peyğəmbərinin (s) sevimli səhabəsi Əbizər Ğəffaridir. O böyük şəxsiyyət islamin zühuru ilə ilk iman gətirən səhabələrdən idi. Onun dini və şəxsi keyfiyyətləri barədə qeyd olunarkən Muhəddis ibn Əbdul-Birr öz “Əl-istiab” kitabinda yazir: “Əbuzərin İslama imanı qədimdən var idi.”
Onun barəsində deyilən bu sözlər islamdan əvvəlki ədalətinin və Allaha bağlılığının göstəricisidir. Həmçinin Şəmsud-din Zəhəbi deyir: ”O ilk müsəlmanlardan idi.” Əbuzərin zöhdu və təqvası barədə Allah rəsulu (s) buyurub: “Əbuzər biz Əhli-Beytdəndir və mənim ümmətimdən İsa ibn Məryəmin zöhdünə bənzər onun zöhdudür!”
Əbuzər İmam Əlinin (ə) xilafətinin peyğəmər (s) göstərişi olmasını qəbul edən və bu yolda var gücü ilə mübarizə aparan ilk şəxslərdəndir. Əbuzər xəlifəyə etirazlarına görə ilk növbədə Mədinə şəhərindən Şama sürgün edilir. O küçələrdə belə etiraz səsini ucaldır, insanları başına toplayıb uca səslə Quranın “Kafirləri alçaldıcı əzabla müjdələ” ayəsini tilavət edirdi.
Şamda olan Müaviyyə onun bu sözlərini xəlifəyə yazır və çarəsiz qalan xəlifə onu Mədinəyə geri çağırır. Mədinəyə gələn və xəlifənin heç bir hədiyyələrini qəbul etməyən Əbuzər yenidən kimsəsiz, Mədinədən 200 km. aralıda olan Rəbəzə çölünə sürgün edilir. O, Rəbəzə çölündə tək yaşayir və tək ölür.
Bu zaman hər kəs peyğəmbərin (s) Əbuzər barəsində dediyi sözü xatırlayır: “Ey Əbuzər, sən tək yaşayacaqsan, tək ölüb, cənnətə də tək girəcəksən.” Hədislərdə qey olunur ki, Əbuzər ölüm anında bu halına ağlayan həyat yoldaşına deyir:
“ Ağlama! Peyğəmbər (s) mənə işarə edərək dedi: Aranızda bir nəfər səhrada tənha öləcək və möminlərdən bir dəstə gəlib buna şahid olacaq.”
Əbuzər dünyasını dəyişən kimi Abdullah ibn Məsud öz ticarət karvanı ilə ordan keçərkən onları tanıyır və ona qüsl verib, dəfn edir. Hazırda Əbuzər Ğəffarinin məzarı Mədinə şəhərindən 170 km. şərqdə yerləşən Rəbəzə şəhərindədir./Yaşar Nuriyev