İnsanı yoldan azdıran Şeytandır, yoxsa onun öz nəfsi?
İnsan izzət kimi böyük bir dəyəri əldə etmək üçün “böyük” düşmənlə mübarizə aparmalıdır.
İslaminSesi.info – Qurani Kərim və bütün dini mənbələr aşkar şəkildə bəyan edir ki, insan Allahın xəlq etdiyi varlıq və bu dünyaya izzət əldə etmək üçün gələn bir canlıdır. İnsanın ən başlıca vəzifəsi Rəbbini tanımaq və Ona itaət edərək şərəf və ucalıq əldə etməkdir.
Lakin bu hər zaman ona müəssər olmur. Çünki insan izzət kimi böyük bir dəyəri əldə etmək üçün “böyük” düşmənlə mübarizə aparmalıdır. Çünki böyük uğurlar böyük fədakarlığlar istəyir. İnsan bu çətin yolda iki böyük düşmənlə-Şeytan və nəfsi ilə üz-üzədir.
Bəziləri bununla razılaşmayıb Şeytanı xəya bir varlıq hesab edirlər. Lakin Qurani Kərim Şeytanı açıq-aşkar düşmən adlandırır və Şeytanın insanları aldadacağı vədini xatırladır:
(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam.” (Sad-82).
İkinci düşmənə gəlincə isə insanın öz nəfsidir. Yəni onu tamah mənbəyi. İnsan bu nəfsi islah edərsə o zaman nəfsinə qalib olmuş olur.
Elə isə insanın günaha mürtəkib olmasında və əzaba düçür olmasında ən başlıca amın hansıdır? Şeytanmı, yoxsa nəfsimi? Çünki Quranda Şeytanın dilindən belə bir ayə zikr olunur:
(İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam (Sad-82).
Ayənin təfsirində deyilir, Şeytanın insan üzərində hökmranlığı yoxdur. Şeytan yalnız vəsfəsə edib, hər hansı qəbahətli bir şeyi bəzəyib gözəl göstərə bilir. Yəni insanı aldada bilir. Aldanan isə insanın nəfsidir. Bu səbəbdən əsl günahkar Şeytan yox insan özüdür. Şeytan yalnız “pisliyədəvət edən”dir! Çünki Quran Şeytanın dilindən zikr edir:
“İş bitdikdə Şeytan belə deyəcək: \'Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma.” (İbrahim-14)
Bu mətləb Quranın zikr etdiyi bir həqiqətdir ki, Şeytan bunu etiraf edir. İnsanın özünün günahkar olmasını təsdiq edən ayələrə gəlincə isə “Şəms” surəsinin 7-8-9-10-cu ayələri bu mətləbi tam aşkar şəkildə belə bəyan edir:
“And olsun nəfsə və onu yaradana (ona biçim verənə)
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.”/Yaşar Nuriyev