İmam Əliyə (ə) məxsus \"Əbu-Turab\" ləqəbinin heyrətamiz tarixçəsi və mənası nədir?


İmam Əliyə (ə) məxsus olan \"Əbu-Turab\" ləqəbinin mötəbər mənbələrində izahı.

İslaminSesi.info - Həzrət Əli (ə) sanki özü bir tarixdir. Bu tarixin səhifələrini vərəqlədikcə insan heyrətlənməyə bilmir. İstər bu heyrətin səbəbi o həzrətin əməllərində olsun, istər qiymətli kəlamlarında, istərsə də insanların dillərində əzbər olan adlarında.

İmam Əli (ə) qədər ləqəbi olan ikinci bir şəxsə rast gəlmək olur. Bu qədər ləqəbin səbəbi fərqlilik və heyrətdir.

İmama (ə) verilmiş adlardan biri də \"Əbu-Turab\"dır. Bu adın lüğəti mənası \"torpaq atası\" deməkdir. Hədislərdə qeyd olunur ki, İmam (ə) torpaq üzərində yorğun halda yatmışdı. Həzrət peyğəmbər (s) o həzrətin yanına gəlir, başını dizinin üstünə qoyur, sonra əlini torpağa sürtüb İmamın kürəyinə çəkir və deyir: \"Otur,Ey Əbu-Turab!\". Bəli, bu adın peyğmbər (s) tərəfindən qeyd olunduğu məlumdur. Bu həm Əhli-sünnə, həm də Şiə mənbələrində mötəbər mənbələrdə geniş şəkildə mövcuddur.

Həzrət peyğəmbər (s) İmamı (ə) bu adla çağıranda səhabələr bu künyənin (ləqəbin) mənasını və səbəbini soruşduqda peyğəmər (s) buyurdu:

\"Qiyamət səhnəsi bərpa olanda kafirlər Allahın Əli (ə) üçün və onun (ə) dostları üçün hazırladığı cənnət mükafatlarını gördükdə deyəcəklər- Ey kaş! Mən də torpaq olaydım! Yəni Əlinin (ə) davamçılarından (şiələrindən) olaydım. Bu Allahın sözüdür!\" (Nəbə-40)
(İləluş-şərae. Biharul-ənvar-35/51)

Bu mətləb həm də Əhli-sünnənin mötəbər mənbələrində qeyd olunub: Hədisdə deyilir, bir gün peyğəmbər (s) İmamın (ə) evinə gəlir və onun məsciddə olduğunu bilib ora doğru gedir. Peyğəmbər (s) gəlib Əlini (ə) torpaq üzərində yatan görür və gəlin başı üzərində durur. Sonra əlini torpağa sürtüb İmamın kürəyinə çəkir və deyir: \"Otur,Ey Əbu-Turab!\". (Səhih Buxari.Mənaqib- Mənaqibu Əli ibn Əbu talib) (Səhih Muslim-Fəzailus-səhabə. Əli ibn Əbu-Talibin fəzilətləri babı)/ Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter