Həzrət İbrahİm (ə) və Qİyamətdə ölülərİn dİrİlməsİnə şəkk edİrdİmİ?


Həzrəti İbrahim bu məsələdə bir az tərəddüddə idi. Lakin o, ismətinə ləkə gətirəcək bir iş görmədi. Qurani-Kərimdə hadisə belə bəyan olunur:
«وَ إِذْ قالَ إِبْراهيمُ رَبِّ أَرِنى كَيْفَ تُحى الْمَوْتى قالَ أوَ لَمْ تُومِنْ قالَ بَلى وَ لكِنْ لِيَطْمَئِنَّ قَلْبي قالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلى كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءاً ثُمَّ ادْعُهُنَّ يَأْتينَكَ سَعْياً وَ اعْلَمْ أَنَّ اللَّهَ عَزيزٌ حَكيمٌ»؛
(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Bəqərə surəsi, 26-cı ayə)
Ayədən belə məlum olur ki, İbrahim (ə) ölümdən sonrakı həyatın özünü sual etmirdi. Onu maraqlandıran məsələ ölülərə ikinci dəfə həyatın necə verilməsi idi. Yəni, İbrahim (ə) istəyirdi bilsin ki, Yaradan Allah ölülərin çürümüş bədən üzvlərini necə bərpa edib dirildir. O həzrət, bunun sirrini öyrənməklə öz elmini çoxaltmaq istəyirdi. Bu mətləbin sirri İbrahimin (ə) Allahın dostu olmasındadır. Bu haqda Qurani-Kərimdə oxuyuruq:
«وَ اتَّخَذَ اللّهُ إِبْراهيمَ خَليلاً»؛
“Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!”( Nisa surəsi, 125-ci ayə)
Məsumlardan zikr olunan rəvayətlərə əsasən «İbrahimin Xəlilullah» (Allahın dostu olması) duasının qəbul olmasına səbəb oldu. İmam Rza (ə) buyurur: «Allah-taala Həzrəti İbrahimə buyurdu: Mən bəndələrimin içərisindən birini özümə xəlil (dost) seçirəm. Belə ki, əgər o məndən ölünü diriltməyi belə istəsə bu istəyini yerinə yetirərəm».
Həzrəti İbrahim (ə) ağır və çətin sınaqlardan çıxandan və Xəlilullah məqamına nail olandan sonra, Allahdan istəyib ki, onun imanını ən ali dərəcəyə qədər yüksəltsin və xatircəm etsin. Allah da onun duasını qəbul edib əyani şəkildə bir mövcudun öldükdən sonra diriltməsini ona nümayiş etdirdi. Əgər İbrahimin Allahdan bu istəyi səhv olsaydı o zaman Allah onun duasını qəbul etməz, onu danlayardı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter