İslami baxımdan məzarların üzərinə gül, ətir və bu kimi şeylər aparmaq olarmı?


İnsanlar bəzən ziyarətgahlara, yaxınlarının qəbrlərini ziyarətə gedərkən gül və ətirlərdən, onlardan qalmış hədiyyələri, yaxud bu kimi şeyləri ora aparır, məzarların üzərində buxur (ətirli bitki) yandırırlar.

İslaminSesi.info – İslam dini Quranın bizə buyurduğu hökümlər məcmuəsi olmaqla yanaşı, həm də əziz peyğəmbərmizin (s) bizim üçün qoyub getdiyi mədəni bir irsdir. Quranın və şəriətin hökümləri dəyişməz olmasına baxmayaraq, İslamın bizim üçün formalaşdırdığı mədəni irsimiz öz əsas məhiyyətini itirmədən müsəlmanların yaşadığı çoğrafiyada müxtəlif formalarda dəyişilir. Məsələn xəstələri ziyarət etmək, qəbrləri ziyarət etmək kimi tarixi mədəniyyətimiz müxtəlif bölgələrə uyğun dəyişir.



İnsanlar bəzən ziyarətgahlara, yaxınlarının qərlərini ziyarətə gedərkən gül və ətirlərdən, onlardan qalmış hədiyyələri, yaxud bu kimi şeyləri ora aparır, məzarların üzərində buxur (ətirli bitki) yandırırlar. Bu kimi əməllərin dinlə zidd olması barədə “Hawzahnews.com” agentliyi Ayətullah Şeyx İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb:

Sual: Məzarları ziyarətə getmək, ora gül, ətir, əşalar aparmaq, yaxud orada buxur (ətirli çubuğ) yandırmağın hökmü nədir? Bu küfr və şirkə bənzəmirmi?

Cavab: Xeyr! Bu küfrə bənzəmir. Bu işləri görməyin eybi yoxdur. Amma elə olmalıdır ki, meyyitin hörmətini aradan aparmasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter