Gündəlik namazların sıra ardıcıllığı vacibdirmi?


Əsr namazını zöhrdən, işa namazını məğribdən öncə qılanın vəzifəsi nədir?

İslaminSesi.info – Namaz İslamin vacib hökümlərindəndir. Həmçinin dində vacib buyrulmuş bütün əməllərin hər birinin özünə məxsus göstərişləri nə nizamı vardır.

Bu vacib əməllərdən biri də gündəlik 5 vaxt qılınan namazdır. Qetd olunan bu namazların hər birinin öz vaxtı və ardıcıllığı vardır.

Bu namazların məxsus vaxtları ilə bərabər müştərək vaxtları vardır ki, zöhr və əsr namazları, həmçinin məğrib və işa (xiftən) namazlarının müştərək vaxtları vardır.

Bu müştərək vaxtlarda qeyd olunan həmin namazlar qısa fasilə ilə ardıcıl qılına bilir.

Bəzən namaz qılan bu namazların ardıcılığında səhvə yol verir. Bu cür, ardıcıllığın səhv salındığ halda namazın düzlüyü məsələsi necədir?


Sual: İkinci namazı birincidən əvvəl (məsələn, işa namazını məğribdən əvvəl) qılan şəxsin namazı səhihdirmi?

Cavab: Səhvən, yaxud qəflət üzündən ikinci namazı qabağa salsa və namaz bitdikdən sonra xatırlasa, namazı səhihdir. Amma qəsdən ikinci namazı qabağa salsa, namazı batildir. -(leader.ir saytına istinadən)




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter