Həzrət İbrahİmin (ə) İsmətİndə şübhə edİLİRMİ?


Həzrət İbrahim (ə) bütlərə sitayişin yanlış olduğunu davamlı surətdə insanlara çatdırdıqdan sonra bunun heç bir təsirini görmür. Sonda çıxış yolunu bütlərin sındırılmasında görür. Buna görə də camaatın özlərinə aid bir bayram mərasimini qeyd etmək üçün şəhəri tərk edib getdikləri vaxt, xəlvətdən istifadə edib bütləri balta ilə sındırır. Sonra baltanı sağlam saxladığı böyük bütün çiyninə bərkidib suçlu kimi onu göstərmək istəyir. Mərasimdən qayıdan şəhər əhli məbəddəki bütləri xaraba vəziyyətində görüb bu işin xəstəliyi bəhanə edərək mərasimə qatılmayan İbrahim (ə) tərəfindən baş verdiyini güman edirlər. Ona görə də gedib ondan soruşurlar:
«أَ أَنْتَ فَعَلْتَ هذا بِآلِهَتِنا يا إِبْراهِيمُ»؛
“(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrı-larımızı sənmi bu günə saldın?” - deyə soruşdular.” (Ənbiya surəsi, 62-ci ayə)
İbrahim (ə) cavabında buyurdu: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. (Ənbiya surəsi, 63-cü ayə)
«بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هذا فَسْئَلُوهُمْ إِنْ كانُوا يَنْطِقُونَ»؛
Təfsirçilər bu şübhənin cavabında müxtəlif nəzərlər söyləmişlər. Biz burada onlardan ikisini qeyd etməklə kifayətlənirik:

1. Bəzi alimlər Həzrət İbrahimin (ə) sözünün yalan olmadığını deyir. Çünki İbrahim (ə) sözünü başqa şərtlə əlaqələndirir. Yəni, Həzrət demək istəyirdi ki, əgər bu bütlərin danışmaq qüdrətləri olsaydı, o zaman biri-birlərini də aradan aparmaq gücündə olardılar. Böyük büt ki, sağlamdı belə güman etmək olar ki, elə o bu işin öhdəsindən gəlmişdir. Deməli, Həzrətin sözündən məntiqli olaraq belə anlaşılır ki, əgər bütlər danışmağa qadir deyillərsə o zaman böyük büt bu işi görməyib. Ona görə də İbrahim peyğəmbər (ə) heç bir yalan söyləməmişdir. İmam Sadiqdən (ə) bir hədis bu fikri təsdiqləyir.

2. «بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هذا» “Xeyr, bunu onların bu böyüyü etmiş olar” sözünü söyləyərkən Peyğəmbərin (ə) məqsədi bu sözün zahiri mənası deyil, bəlkə bütpərəstlərin yanlış əqidələrini kinayəli tərzdə (istehza edərək) tənqid etməkdir. Bu tərz sözlər yalan hesab olunmur və qarşı tərəfdə aşırı təsir bağışlayır.
Həzrət İbrahimin (ə) sözünün mənası bundan ibarətdir:
• Sizin yalandan uydurduğunuz tanrınız və hətta onların ən böyüyü belə, o qədər bacarıqsızdırlar ki, bu işi belə görəcək qüdrətdə deyillər.
• Məndən başqa heç kəs bu işin öhdəsindən gələ bilməz.
Burada göründüyü kimi Həzrətdən yalan söz çıxmamışdı və eyni zamanda da bütlərin nə qədər xar olmaları üzə çıxmışdı.
Bir də ki, yalan düzlüyü qarşı tərəfdən gizlətmək üçündür. Ancaq, əgər dinləyici həqiqətin nə olduğunu anlayıb bilsə yalan hesab olunmur. Bu hadisədə onlar İbrahimin (ə) ciddi söylə-mədiyini, onların əsassız əqidələrini ələ saldığını anladıqları üçün aldanmadılar. Buna görə də ortada bir yalan xəbər də verilmiş olmadı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter