“Ey Allahın rəsulu (s) axir-zamanda möminlər halı necə olacaq?”- deyə İmam Əli (ə) soruşdu


Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

İslaminSesi.info – Həm əziz İslam peyğəmbəri (s), həm də İmamlar (ə) Allahın onlara bəxş etdiyi ilahi elm sayəsində bir çox gələcək hadisələrlə bağlı bəzi işarələr vermişlər. Xüsusəndə axir zaman deyilən, peyğəmbərdən (s) sonrakı zamanın fitnələri barədə bəzi ürək açmayan xəbərlər vermişlər.

Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir.

Peyğəmbər (s) buyurub: “Tezliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).”

İmam Əli (ə) soruşdu: “Ya rəsuəllah (s) o zaman onların arasında mömin olacaq?”

Peyğəmbər (s) buyurdu: “Bəli!” İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?”


Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302)

Quran ifadələrinə əsasən möminlər öz dinində və imanında möhkəm olamalıdırlar ki, hadisələr onlara təsir etməsin. Əksinə onlar hadisələrə təsir edə bilib, müsbət istiaqmətdə dəyişə bilsinlər. Çünki Quran buyurur:

“Onlar (möminlər) sanki sarsılmaz möhkəm divar kimidirlər”(Saff-4) /Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter