Borclu adam fitrə zəkatını verməlidirmi?


Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. İnsan edə bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı – insanın fəqir olmasıdır. Yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur.



Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir.


Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər.


Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər.
Fitrə zəkatını möminə vermək müstəhəbdir.
Fitrə zəkatını alkohollu içki içənə və aşkar günah edənə vermək olmaz.


Fitrə zəkatını verən şəxs, özünün və onun çörəkyeyənləri sayılan insanların, o cümlədən evində qalan qonaqlarının da fitrəsini ödəməlidir.


Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə onun evində qonaq qalan şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir. Amma yalnız Fitr bayramı gecəsi qonaq olan qonağın fitrə zəkatı ev sahibinin öhdəsində deyil.




Ailə başçısı fitrə vermədikdə, onun həyat yoldaşı və övladlarına bir şey vacib deyil, fitrə vermələri lazım deyil.


Qadın ərinin yeməkyeyəni hesab olduqda, imkanı olduqu təqdirdə ərə onun fitrə zəkatını vermək vacibdir. Amma ərinin, yaxud başqasının yeməkyeyəni hesab olmasa (məsələn, boşanmışdır, yaxud heç yerdə qonaq qalmır), gərək özü öz fitrə zəkatını versin.


Fitrə zəkatı ev sahibinə vacib olan qonaq, ev sahibinin razılığı ilə öz fitrə zəkatını versə, onun zəkatı ev sahibinin öhdəsindən düşür.


Yoxsul olan və maddi imkanı olmayan şəxslərə fitrə zəkatı vavib deyil. Əgər belə bir şəxsin 3 kq buğda və bu kimi imkanı və ya bu miqdarın pulu varsa, onu fitrə zəkatı niyyəti ilə verməsi müstəhəbdir. Həmçinin ailə sahibi olduqda onu fitrə zəkatı niyyəti ilə ailənin üzvləri arasında əlbəəl gəzdirsinlər. Sonuncu şəxsin onu özlərindən olmayan bir fəqirə verməsi daha yaxşıdır.


Fitrə zəkatını buğda, arpa, xurma, düyü və bu kimi şeylərdən vermək olar, əksər hallarda istifadə edilən ərzağa xas deyil.
İnsan gərək özü və onun yeməkyeyəni hesab olunan bir şəxs üçün (çörək, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi) camaatın yediklərindən sayılan 3 kiloqram ərzaq, yaxud onun pulunu ehtiyaclı fəqirə versin.


Fitrə zəkatını ayırdıqdan sonra onun özü fəqirə verilməlidir, istifadə edilib əvəzi verilə bilməz.


Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz. Amma seyyid olan şəxs, fəqir seyyidə fitrə zəkatı verə bilər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter