Fitrəni verməsək, orucumuz naqis qalar?!


Fitrə - əslində bədənimizin zəkatıdır. Əgər onu verməsək orucumuz naqis qalar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə oruc tutarsa və fitrə zəkatını bilərəkdən verməzsə, orucdan bəhrəsiz qalar”. Fitrəni verək ki, bədənimiz sağlam qalsın.
Məsumların (ə) nəzərinə görə, fitrə zəkatının çox mühüm faydaları var. Onlarla tanış olaq:

1. Orucu təkmilləşdirər. İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir ki, buyurur: “Orucun tamam olması (fitrə) zəkatı verməklədir. Necə ki, namazın tamam olması Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklədir”.



2. Bədənin salamat olması. Oruc bədənin sağlam olmasına gətirib çıxardır, fitrə də həmin salamatlığa verilən zəmanətdir. Rəhmətlik İmam (r) buyurur: “Bədən zəkatı deyildikdə, fitrə zəkatı nəzərdə tutulur. Hədislərdə deyilir ki, əgər kimsə fitrə zəkatını verməzsə, onun üçün ölmək qorxusu olar. Bundan başqa, fitrə zəkatı orucu təkmilləşdirər və tamamlayar”. (Tebyan)



3. Nicata səbəb olar. İmam Sadiqə (ə) bu ayə ilə bağlı sual verirlər: “Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi”. (“Əla” 14).

İmam (ə) buyurur: “O kəs ki, fitrəsini ödəyər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter