Hədislərə əsasən Yer üzündə olan hansı 3 ev çox dəyərlidir?!
Ustad Ənsarian buyurur: “Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir.
-Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır.
-İkinci ev – Kəbədir.
-Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin qəlbi – Rəhmanın ərşidir”.
Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.
O qəlbdə ki, mal və vəzifə bütü olar – Sübhan Allahı təsbih edə bilməz. O qəlbdə ki, gözəllik və zahirpərəstlik bütü olar – Allahı mədh və sitayiş edə bilməz”. (Tebyan)
Allah Təala bizləri, qəlbini Rəhmanın ərşi edən bəndələrdən qərar versin, inşəallah./Deyerler.