Ramazan bayramının fitrə zəkatı və bu barədə ətraflı məlumatlar


Zəkat verən kəs öz zəkatını yoxsul, ehtiyacı olan mömünlərə verməlidir.



İslaminSesi.info - Artıq ramazan ayı sona yaxınlaşmaq üzrədir. Ramazan ayına bərəkətli ay deyilməyinin səbəblərindən biri də bu dur ki, bu ayda insanlar ömürlərini ilahi qanunlara təslim edirlər və Mütəal Allah da bunu müqabilində onlara xüsusi imtiyazlar bəxş edir.

Bu ayın bitməsi ilə əlaqədar təkidlə buyrulmuş əməllər vardır ki, bunlardan fitrə zəkatı və bayram namazını misal çəkmək olar.



Zəkat paklığ, paklamağ kimi mənalara şamil edilir ki, adətən insanın malına, mənfəətinə şamil olur. Lakin bunu məcazi mənada da şamil etmək olur. Məsələn Allah Rəsulu buyurub: “Hər bir şeyin zəkatı olduğu kimi bədənin də zəkatı oruc tutmaqdır”. Oruc insanın həm bədənini, həm də mənəviyyatını təmizləyir. Ayın sonunda verilən fitrə zəkatı və bayram namazı da sanki bütün bunların möhürünü vurur.



Dolanışığını təmin edə bilən hər bir kəs fitrə zəkatını verməlidir. Əgər bir adam nə özünün, nə də ailəsinin illik xərclərini qarşılaya bilmirsə və bu ehtiyacı qarşılayacaq gəliri yoxdursa, həmin adamın özü fəqir hesab olunur və belə adamın fitrə zəkatı verməsi vacib deyil. Onun özü fitrə zəkatı ala bilər.



Fitrə zəkatı barədə bəzi məsələlər:



1-İnsan (ailə başcısı) gərək bayram axşamı, günün batan vaxtı (azan vaxtı, yaxud bir az əvvəl) evində olan hər kəsin zəkatını versin. İstər böyük olsun, istər kiçik, istər müsəlman olsun, istər kafir, istər yaxından olsun, istər uzaqdan gəlsin, ev sahibinə vacibdir.

2- Fitrə zəkatını hər bir kəs imkanı müqabilində arpa, buğda, kişmiş, xurma, düyü, qarğıdalı və bu kimi şeylərdən fitrə ayırmalıdır.

3- Fitrə çıxaran hər bir şəxs adı çəkilən malların hər hansı birindən 3-kq miqdarında, yaxud bu malın pulunu verə bilər.

4- Fitrə zəkatı bayram axşamında aqil, həddi-büluğa çatmış, azad, heç kimin qulu olmayan, heç kimin çörək yeyəni olmayan, fəqir olmayan hər kəsə vacibdir.

5- Yoxsul olan, özünün və ailəsinin illik xərclərini ödəyə bilməyən kəsə vacib deyil.

6- Zəkat, fitrə almaq haqqı olan kəsə (yoxsula) verilməlidir. Bu kimi malın əvəzində pul da verə bilər.

7- Seyyid olmayam şəxs seyyid olana fitrə verə bilməz.

8- -Qonağın və istəməyərəkdən qürub vaxtı gələn və onun evində dayanan kəsin fitrəsi ev sahibinin boynundadır. Amma azandan sonra gələnin vacib deyil.

9- Bir kəs yoxsul olarsa, lakin fitrə vermək fəzilətini əldən vermək istəməsə bir nəfərin zəkatını bütün ailə üzüvləri bir-birinə ötürərək sonuncunun da əli dəyib sonra versin.

10- Əgər insanın fitrəsi başqasına vacib olasa, o da verməsə daha özünə vacib deyil.

11- İslam fəqihləri fitrənin zamanını fitr bayramı axşamının qürubundan (yəni günəş batandan) hesab etmiş və onu bayram namazından sonraya qədər təxirə salmağı icazəli bilməmişlər. Kim bayram namazına qədər fitrəni verməzsə, zöhr namazına qədər verə bilər. Əgər fəqirə əli yetməsə fitrəni ayırıb kənara qoya bilər.

12- Fitrə zəkatı gərək halal maldan verilsin. Spirtli içkilər satmaqla əldə olunan maldan fitrə zəkatı vermək olmaz.

13-Vacib ehtiyata əsasən fitrə zəkatı mömin, Əhli-Beyt (ə) tərəftarlarına verilsin. Şərabxor və aşkarda günah edən kəslərə fitrə verilməsin. Əgər Əhli_Beyt (ə) tərəfdarı tapılmasa fasiq olmayan, aşkarda günah etməyən digər müsəlmana fitrə verə bilər.

14- bir şəxsə verdiyi zəkat malı eyni növdən olmalıdır. Yarsını bir maldan, digər yarsını başqa maldan verə bilməz.

15- Bir şəxsin mən fəqirəm deməsi fitrə verilməsi üçün kifayət eləmir. Gərək sözündən xatircəmlik hasil olsun.

16- Bir neçə nəfərin fitrəsini verən adam onların hər birinin fitrəsini ayrı-ayrı maldan verə bilər.

17- Əgər fitrəni ayırdıqdan sonra verməyi təxirə salmaq ağıl və məqsədə uygundursa, təxirə salıb sonra fitrə niyyəti ilə verə bilər.



Zəkat verən kəs öz zəkatını yoxsul mömünlərə verməlidir. Əgər yoxsul mömün olmasa, mömün olmayan digər yoxsul müsəlmana verə bilər. Amma gərək zəkatı günah işlərə sərf edə biləcək kəslərə verməsin./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter